Yapon fotoqraf Suriyada itkin düşdükdən sonra onun əsir götürüldüyü bəlli olub.
İŞİD silahlıları Yaponiya vətəndaşının saxlanılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Silahlılar internetdə bir yaponun cihadçılar tərəfindən sorğu-sual edildiyi barədə görüntülər də yerləşdiriblər.
Yaponiyanın Daxili İşlər Nazirliyi hazırda Suriyada Yaponiyadan olan fotoqrafın əsir düşüb-düşmədiyini dəqiqləşdirməyə çalışır.
Qeyd edək ki, İŞID hazırda Suriyanın şimalına və İraq ərazisinin yarısına nəzarət edir.
anspress





































































































