Ermənistandakı rus əsgərləri Türkiyə sərhədindən çəkilir

Ermənistandakı rus əsgərləri Türkiyə sərhədindən çəkilir

Hazırda oxunan: Ermənistandakı rus əsgərləri Türkiyə sərhədindən çəkilir

50195
Rusiya Ermənistan-Türkiyə sərhədindən qoşunları geri çəkir.
 Bu informasiyanı Ermənistan mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə qoşunların geri çəkilməsinə əsas səbəbin Rusiya və Türkiyə arasında imzalanmış gizli razılıq olduğunu bildirib:
 “Əgər əvvəllər sərhəddə dayanan əsgərlər arasında tam yarı-yarıya qüvvələr balansı qorunurdusa, indi sərhədçilərin 80%-ni ermənilər təşkil edir. Bu isə rus-erməni sazişinin daha 49 il müddətinə uzadılmasından sonra baş verən məqamdır. Görünür, Rusiya ilə Türkiyə arasında nə isə gizli razılıq olunub və İrəvana hansısa şərti qəbul etdirəcəklər”.
 Qeyd edək ki, Ermənistanda məhz Türkiyə sərhədinə yaxın ərazidə Rusiyaya aid olan 102-ci hərbi baza yerləşir. Ölkənin qərb və cənub sərhədləri Rusiya sərhədçiləri tərəfindən Sovet dövründən bu yana qorunur.
 Axar.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO