İŞİD-ə qoşulan 14 yaşlı uşaq yaralandıqdan sonra peşman oldu...

İŞİD-ə qoşulan 14 yaşlı uşaq yaralandıqdan sonra peşman oldu...

Hazırda oxunan: İŞİD-ə qoşulan 14 yaşlı uşaq yaralandıqdan sonra peşman oldu...

48823

Ankarada yaşayan 14 yaşlı Taylan  45 gün əvvəl evdən qaçıb. Taylan sərhəddi keçərək İraq İslam Şam Dövləti (İŞİD) qruplaşmasına qoşulub. Bir müddət sonra baş vermiş partlayış nəticəsidə ayağından yaralanan Taylanı Türkiyə ilə sərhəddə buraxıblar. Daha sonra Şanlıurfada xəstəxanaya yerləşdirilən uşağın atası Yaşar Yaradılmış ailələri uşaqlarına sahib çıxmağa çağırıb. Oğlundan gələn telefon zəngindən sonra Şanlıurfaya gələt ata yaralı oğlunu xəstəxanada tapıb.

 

Müalicəsi davam edən Taylan isə internetdə tanış olduğu 5 nəfərlə birlikdə Suriyaya getdiyini bildirib. İŞİD-lə bağlı aparılan təbliğatların təsiri ilə ailəsini tərk edən Taylan, başına gələnləri belə danışıb: "Biri azərbaycanlı olmaqla 5 nəfər idik. Kilisdə bir neçə şəxsə pul verərək Suriyaya keçdik. Burda bizi qarşılayan İŞİD üzvləri  bizi Rakkaya apardı. Rakkada 1 ay qaldıq və bizə islami dərslər öyrətdilər. Qaldığımız bölgədə qarşıdurma yaşandı və partlayış baş verdi. Mən ayağımdan yaralandım. Daha sonra məni bir avtomobillə sərhəddə yaxın bir yerə gətirdilər. Sonra Türkiyə əsgərləri məni  xəstəxanaya apardılar. Suriyaya birlikdə getdiyimiz şəxslər bir neçə gün qaldıqdan sonra peşman olub qaçdılar. Amma mən qayıtmadım. Evə geri dönmədiyim , İŞİD-ə qoşulduğum üçün çox peşmanam"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO