Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

625323

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində "Açıq qapı" günü təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 

İyulun 18-i saat 11:00-da baş tutacaq tədbirdə xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri, eləcə də kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat təqdim ediləcək.


Bildirilib ki, universitetin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.

Qeyd olunub ki, əlavə məlumat almaq istəyənlər iş günləri saat 09:00-dan 17:30-dək universitetin Çağrı Mərkəzinə (*0811) və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

"Açıq qapı" günündə iştirak etmək istəyən şəxslərin əvvəlcədən aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur:

//forms.gle/8rJKMazSHyq121wP8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO