Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Hazırda oxunan: Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

625329

Ekstrasens Zirəddin Rzayevin canlı yayım zamanı müəllimə ilə söhbəti sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, canlı yayıma qoşulan və müəllim kimi fəaliyyət göstərmək istəyən xanım növbəti imtahandan sonra hansı bölgəyə təyinat alacağı ilə bağlı sual ünvanlayıb.

O bildirib ki, əvvəlki illərdə iştirak etdiyi imtahanlardan sonra hər dəfə rayonlara göndərilib və bu dəfə Bakıya təyinat alıb-almayacağını öyrənmək istəyir.
 

Suala cavab verən Zirəddin Rzayev isə bu il müəllimənin paytaxta təyinat alma ehtimalının olmadığını söyləyib.


Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda geniş yayılıb. İzləyicilər ekstrasensin səsləndirdiyi fikirlərlə bağlı müxtəlif rəylər yazaraq mövzunu müzakirə ediblər. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO