Krımda həbs olunmuş Ukrayna hərbçiləri azad edildilər

Krımda həbs olunmuş Ukrayna hərbçiləri azad edildilər

Hazırda oxunan: Krımda həbs olunmuş Ukrayna hərbçiləri azad edildilər

43631
Krımın hüquq mühafizə orqanları ukraynalı hərbçilərinin əlavə istintaqını yekunlaşdırıblar və onlar azad ediliblər. 

ANS PRESS-in məlumatına görə, general-mayor İqor Voroneçko, polkovnik Yuri Mamçur, podpolkovnik Dmitri Delyatitski və mayor Rostislav Lomtev Krım ərazisində terror təşkilatları yaratmaqda şübhəli bilinirdilər.

Sözügedən hərbçilər Kiyevdən aldıqları cinayətkar əmrləri yerinə yetirməkdə günahlandırılırdılar. Krım Respublikasının hüquq-mühafizə orqanlarının rəhbərliyi onları azad etməyi qərara alıb. 

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalı hərbçilərin Krım ərazisini sərbəst şəkildə tərk edə biləcəklərini bəyan etmişdi. Həmçinin qeyd edilmişdi ki, Krımda xidmət göstərmiş ukraynalı hərbçilər öz istəyi ilə Rusiya hərbi qüvvələrinə keçə, ümumiyyətlə istefaya çıxıb Krımda qala bilərlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO