Təyyarə qəzalı eniş etdi: 14 yaralı

Təyyarə qəzalı eniş etdi: 14 yaralı

Hazırda oxunan: Təyyarə qəzalı eniş etdi: 14 yaralı

33522
Tailandın paytaxtı Banqkokda 290-a yaxın çox sərnişini aparan təyyarə şəhərin əsas hava limanında qəzalı eniş edib. Moderator.az-ın Associated Press-ə istinadən verdiyi məlumata görə, eniş zamanı 14 sərnişin xəsarət alıb. Nasazlıq "Thai Airways" aviaşirkətinə məxsus aerobus Çinin Qansu əyalətindən Banqkoka uçarkən baş verib.

Aviaşirkət rəhbərliyinin açıqlamasında bildirilir ki, sərnişin təyyarəsi hava limanına enərkən onun təkər hissəsində nasazlıq baş verib və bunun nəticəsində təyyarə sürüşərək eniş zolağından kənara çıxıb. Sərnişinlər təcili olaraq fövqəladə çıxışlardan evakuasiya edilib. Hava limanının eniş zolağı isə müvəqqəti olaraq bağlanıb.

Bu, Tailandın milli aviaşirkəti olan "Thai Airways"ə məxsus təyyarələrdə son 2 həftə ərzində baş verən ikinci belə haldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO