Londonun keçmiş meri və Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun bacısı Reycel “Sky News” Televiziyasında canlı yayında olarkən, soyunub.xa0
Verilişin aparıcısı bildirib ki, Kembric Universitetinin müəlliməsi Viktoriya Beytman “Brexit”ə diqqəti çəkmək üçün tele-çıxışı zamanı əndamını çılpaq nümayiş etdirmişdi.xa0
53 yaşlı Reycel Conson deyib ki, “Brexit”lə bağlı sənin mövqeyin eşidilmirsə, belə bir addım atmaq pis olmazdı. O da Kemric Universitetinin müəlliməsi kimi canlı yayım zamanı soyunub. İpək paltarını stadiondakı tamaşaçıların və verlişin qonaqlarının qarşısında əynindən çıxarıb. Onun bu hərəkəti gülüş və alqışla qarşılanıb.xa0
Reycel Conson əvvələr də iki dəfə canlı yayın zamanı belə bir addım atmışdı. O, Britaniyanin Avropa Birliyindən çıxmasına bu yolla etirazını bildirib.xa0
Britaniyada soyunmuş qadınla ciddi siyasət arasında işgüzar əlaqələr yaranmaqdadır. Bir çoxları lazım bildikdə bu əlaqələri həvəslə xalqa nümayiş etdirir.(musavat.com)


































































































