Çində tapılan daş alətlərin ilk insanlar və ya onların yaxın qohumları tərəfindən təxminən 2 milyon il əvvəl hazırlandığı bəlli olub. Elm adamlarıxa0 beləcə Afrikadan kənarda məlum olan ən qədim insan qalığını tapmış olublar.
Moderator.az xəbər verir ki, Afrikada tapılan ən qədim insan skeleti Efiopiyada 2,8 milyon il əvvələ, ən qədim daş alət isə Keniyada 3,3 milyon il əvvələ aid olub. Ölkənin şimalında tapılan daş alətlərin hamısında istifadə olunmasını göstərən izlər var.
xa0
Alətlərin hazırlanmasında istifadə edilən kuvars və kvarsit daşların mənşəyinin isə qazıntı sahəsinin 10 kilometr cənubundakı Çinling dağları olduğu ehtimal edilir.
xa0
Çinli və İngilis elm adamları tərəfindən aparılan araşdırmanın nəticəsində əldə edilən məlumatlara görə daşların hansı insan növü tərəfindən hazırlandığı məlum olmayıb.xa0xa0
Kamran

































































































