Rusiya İnterpol üzvlüyündən çıxarılmalıdır.
Bu sözləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.
Makfol bununla “Hermitage Capital Management" investisiya fondunun təsisçisi Uilyam Brauderin Madriddə həbs edilməsinə reaksiya verib.
Xatırladaq ki, dünən məşhur maliyyəçi və investor Uilyam Brauder Rusiyanın sorğusu əsasında İspaniya polisi tərəfindən saxlanılmışdı.



































































































