Fələstin 4 ölkədən səfirini geri çağırdı

Fələstin 4 ölkədən səfirini geri çağırdı

Hazırda oxunan: Fələstin 4 ölkədən səfirini geri çağırdı

225470

Fələstin dörd Avropa Birliyi ölkəsindən səfirlərini geri çağırıb.

xa0

xa0Bu barədə Fələstin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Fələstin Rumıniya, Çexiya, Avstriya və Macarıstandakı səfirlərini geri çağırıb. Məlumatda səbəb kimi mayın 14-də həmin ölkələrin səfirlərinin ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində iştirak etmələri göstərilib.

xa0

Qeyd edək ki, mayın 14-də ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürüb. Buna etiraz edən minlərlə fələstinliyə qarşı İsrail əsgərləri silah işlədiblər. Nəticədə 61 nəfər qətl edilib 2 mindən çox yaralı var. Fələstin lideri Mahmud Abbas 3 günlük matəm elan edib.(Modern.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO