Moderator.az bu yaxınlarda 42 yaşlı Yerusəlimli qadının 20-ci uşağını dünyaya gətirməsi haqqında məlumat vermişdi.xa0
Yerusəlimdən yenə maraqlı və həyəcanlı xəbər var və bu xəbərin son günlərin siyasi qalmaqalının mərkəzinə çevrilmiş Qüds-Yerusəlim - Fələstin çəkişmələrinə heç bir dəxli yoxdur.
Moderator.az news.ru Israel-ə istinadən bildirir ki, ötən gün yenə də Yerusəlim sakini, 38 yaşlı 8 uşaq anası Təhrir növbəti hamiləliyinin son günlərində xəbər alıb ki, 22 yaşlı oğlunun övladı dünyaya gəlib. Qadın ilk nəvəsinin dünyaya gəlişindən o qədər həyəcanlanıb ki, özünün doğuş ağrıları başlayıb. Təcili xəstəxanaya çatdırılan gənc nənə eləməyib təmbəllik düz üç uşağı birdən dünyaya gətirib. Qeysəriyyə üsulu ilə doğuş uğurla başa çatıb.xa0
Həkimlərin sözlərinə görə, üçəmlər özlərini yaxşı hiss edirlər.xa0
Gəlin və qaynana eyni xəstəxanadadırlar və dörd körpənin qayğısını necə çəkəcəklərini düşünürlər.





































































































