Rusiyadakı terror qurbanlarının yaxınlarına ödənişlərin verilməsinə BAŞLANIB

Hazırda oxunan: Rusiyadakı terror qurbanlarının yaxınlarına ödənişlərin verilməsinə BAŞLANIB

184324

“Crocus City Hall”da törədilən terror aktının qurbanlarından 52 nəfərin yaxınlarına ödənişlər edilib.

Bizim.Media xəbər verir ki, bu barədə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva TASS-a açıqlamasında bildirib.

O qeyd edib ki, qurbanların yaxınlarına ödənişlər edilməyə başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 
Terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO