Evli cütlük əkiz çıxdı ”“  Şok hadisə

Evli cütlük əkiz çıxdı ”“ Şok hadisə

Hazırda oxunan: Evli cütlük əkiz çıxdı ”“ Şok hadisə

175410
Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, ABŞ-ın Mississipi ştatında xa0təbii yolla uşaq sahibi ola bilməyən cütlük klinikada DNT analizi verərkən, onların bioloji cəhətdən xa0əkiz olduqları meydana çıxıb.

Yayılan xəbərə görə klinikanın doktoru: “Adətən genetik keçmişlərinin profilini xa0araşdırmaq üçün qadın və kişidən DNT analizi götürürük. Başqa vaxtı iki nəfər arasında ilişki olub-olmadığına baxmırıq. Ancaq bu dəfə laboratoriya əməkdaşları iki profildəki bənzərliyi görüncə şok oldular”x9d xa0- deyə, bildirib.xa0

Xəstələrin dosyelərinə nəzər salan doktor 1984-cü ildə doğulan cütlüyün doğum günlərinin də eyni olduğunu görüncə, cütlüyün əkiz olduğunu anlayıb.

“Siz əkizmisiniz”x9d - soran doktor, cavabında cütlükdən qəhqəhə eşidib.

Adları açıqlanmayan cütlük dostlarının da eyni doğum gününü paylaşdıqlarına görə onlara bu cür zarafatlar etdiklərini deyiblər. Amma onlar bunun bir təsadüf olduğunu düşünürmüşlər.xa0

Doktor əkiz olduqlarını sübut edən analizin cavablarını onlara təqdim edəndə cütlük heyrətdən sarsılıb və nə edəcəklərini bilməyiblər.

AİLƏLƏRİ AVTOMOBİL QƏZASINDA ÖLÜBLƏR...

Xəbərə görə universitetdə tanış olan və biri-birlərini sevən cütlük bioloji ana və atalarının avtomobil qəzasında həyatlarını itirdiklərindən ayrı-ayrı ailələrə övladlığa veriliblər.xa0

Ailələr isə heç biri uşaqlara əkiz olduqlarını bildirməyiblər.

Doktor evli cütlüyün birlikdə gələcək planlamaya davam etdiyini söyləyib.

Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO