Bu gün Yaponiyada, paytaxt Tokio yaxınlığında 5 maqnitudalı zəlzələ baş verib.
xa0
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiya Meteorologiya Agentliyi zəlzələnin yerli vaxtla saat 13.24 (Bakı vaxtı ilə saat 08.24) radələrində qeyd alındığını açıqlayıb.
xa0
Zəlzələnin ocağı İbaraki əyalətində, 40 km dərinlikdə yerləşib. Sunami təhlükəsi yoxdur. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.xa0


































































































