Ərdoğandan Davudoğlunun istefasına reaksiya:  “Zərər verə bilərdi”x9d

Ərdoğandan Davudoğlunun istefasına reaksiya: “Zərər verə bilərdi”x9d

Hazırda oxunan: Ərdoğandan Davudoğlunun istefasına reaksiya: “Zərər verə bilərdi”x9d

135477
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlunun vəzifəsindən istefa verməsi dünya mətbuatının əsas müzakirə mövzusudur.

Moderator.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Davudoğlunun qərarına münasibət bildirib.

“Baş nazirlə aparılan danışıqlardan sonra o, AKP-nin fövqəladə qurultayını çağıracağını bildirdi. Mən də “xeyirli olsun”x9d dedim. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi”x9d-deyə qeyd edib. Türkiyə rəhbəri ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da vurğulayıb.

“Mən öz partiyama (AKP) üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil".


Qeyd edək ki, may ayının 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Davudoğlu qurultayda partiya sədrliyinə namizədliyini verməyəcəyini bəyan edib. Bununla da o, avtomatik olaraq baş nazir vəzifəsindən getmiş sayılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO