Tanınmış intellektuallar Aleksandr Druz və Rövşən Əsgərov Rusiyanın Birinci kanalının efirində yayımlanan “Nə? Harada? Nə Zaman?”x9d oyununun yaz seriyasının birinci görüşündən sonra mübahisə ediblər.
Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, münaqişəyə Əsgərovun komandasının pomidorlara bağlı suala verdiyi cavab səbəb olub.
Qonaqların bir qismi oyunçulara bir xalın verilməli, digərləri isə cavabın xala layiq olmadığı qərarına gəliblər.
Oyundan sonra Druz Əsgərovu “milyonlarla tamaşaçının gözündə nüfuzunu itirməkdə”x9d qınayıb.
Əsgərov isə Druzun “ümumiyyətlə nüfuzu yoxdur”x9d deyib və onun 90-cı illərdə verilişlərdən birində xal almaq üçün cavabı dəyişdirdiyini bildirib.
Pomidora dair suala verilmiş videoçarxın 40-cı dəqiqəsindən baxa bilərsiniz.





































































































