Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, prezident Pyotr Poraşenko Ukraynanın furbol üzrə milli yığma komandasının futbolçularına tapança hədiyyə edib.
Bu barədə məlumat verən Ukrayna Futbol Federasiyasının mətbuat katibi Aleksandr Qlivinskiy məlumat verib.
Onun sözlərinə görə, prezident Pyotr Poraşenko milli yığmanın doqquz futbolçusunu tapança ilə mükafatlandırıb. Milli yığmanın baş məqçisi Mixail Fomenko və Ukrayn Futbol Federasiyasının prezidenti Andrey Pavelko da analoji olaraq prezidentdən tapança mükafatını alıblar.
Prezident komanda üzvlərini və onun baş məşqçisini Avro-2016 yarışlarında finala çıxdığı üçün mükafatlandırıb.




































































































