Moderator.az vz.ru-ya istinadən xəbər verir ki, Krım tatarlarının liderindən sayılan Refat Çubarov
mətubata açıqlamasında Krımın hərbi yolla azad olunması planı haqqında məlumat verib.
Onun sözlərinə görə, Krımın azad olunması zamanı ilk olaraq ordu adaya çıxacaq və orada ictimai sabitliyi təmin edəcək.
“Rusiya Krımı qoyub gedəcək. Rusiyanın Krımdan getməsi ilə Kremlin “uşaqları”x9dda oradan qaçmalı olacaq. Bilmirən onların sayı nə qədərdir. Biz onları kollaborasionist adlandırırıq”x9d, - R. Çubarov qeyd edib.
Ukrayna prezidenti Pyotr Poroşenko da Krımı diplomatik güc yolu ilə geri alınmasını bəyan edib.
Krım tatarlarının xa0fəallarından olan Lenur İslamov isə Krımın geri alınması üçün Rusiyaya daha ciddi sanksiyalar tətbiq etməyi xa0təklif edib. O bildirib ki, Krımı üç günə almaq olar, ancaq Rusiya qarşı enerji blokadası tətbiq edilməlidir.
L. İslamov onu da əlavə edib ki, Krımı azad etmək üçün Xerson vilayətində Homan Çelebicixan adına batalyon hazırlanır. Bu batalyon Ukraynanın Milli qvardiyasının tərkibində olacaq. Bununla yanaşı bir batalyon da ordunun tərkibində yaradılması planlaşdırılır.




































































































