“PKK Türkiyə cəmiyyətində ruh düşgünlüyü yaratmaq istəyir”x9d

“PKK Türkiyə cəmiyyətində ruh düşgünlüyü yaratmaq istəyir”x9d

Hazırda oxunan: “PKK Türkiyə cəmiyyətində ruh düşgünlüyü yaratmaq istəyir”x9d

126591

Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Ankaradakı son terror aktını və bu aktın arxasındakı səbəbləri şərh edib:

“Hansısa güclər Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəmir. Onlar iki dövləti yaxınlaşdıracaq sazişlərin imzalanmasına, müzakirələrin aparılmasına maneçilik törətmək istəyirlər. Bu nöqteyi-nəzərdən də hər dəfə Ərdoğanın səfəri gündəmə gələn kimi hərəkətə keçirlər. Lakin bu, Türkiyədə baş verən terror aktlarının yeganə səbəbi deyil. Səbəblərdən biri də Türkiyənin cənub-şərqində, Yüksəkoba, Diyarbəkir, Bitlis istiqmətində türk ordusunun böyük əməliyyatlara start verməsidir. Bu əməliyyatların məqsədi həmin ərazilərin terrorçulardan tamamilə təmizlənməsidir. Zənnimcə, PKK-çılar buna cavab olaraq Türkiyə cəmiyyətində ruh düşgünlüyü yaratmaq üçün belə bir addıma əl atıblar. Bütün hallarda baş verənlər onu göstərir ki, Türkiyənin bölgədə oynadığı dinamik rola mane olmaq istəyənlər var. Bu qüvvələr PKK-dan bir alət kimi istifadə edərək bölgədə gərginlik yaratmağa çalışırlar”x9d.

 

Seymur Əliyev

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO