ABŞ-a məxsus hərbi gəmilər mübahisəli Spartli adalarına yaxınlaşıb

ABŞ-a məxsus hərbi gəmilər mübahisəli Spartli adalarına yaxınlaşıb

Hazırda oxunan: ABŞ-a məxsus hərbi gəmilər mübahisəli Spartli adalarına yaxınlaşıb

124802
Cənubi Çin dənizi ətrafında Amerika ilə Çinin ixtilafa girməsinin ilk siqnalları verilir. Belə ki, mübahisəli Spartli (Prasel) adaları bu regionun növbəti qlobal əhəmiyyətli münaqişə zonasına çevrilməsinə gətirib çıxara bilər.
"Report"-un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın hərbi-dəniz donanmasına aid gəmilər ötən gün yenidən dənizin həmin sektoruna daxil olub.
Çinin xarici işlər naziri Van Yu daha öncə Vaşinqtonu Cənubi Cin dənizində düşünülməmiş addımlardan çəkinməyə və problem yaratmamağa çağırmışdı. Pentaqon nümayəndəsi isə bildirmişdi ki, Amerika hərbi gəmisinin adalara 12 mil məsafədə yaxınlaşması beynəlxalq hüquq normalarına zidd deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO