Almaniya kansleri Anqela Merkelin ölkədən deportasiya edilə biləcəyini deməsindən sonra ağlayan 14 yaşlı fələstinli qız Reem Sahvilin Almaniyada yaşamaq icazəsi aldığı bildirilib.
Musavat.com xəbər verir ki, ölkənin şimalındakı Rostok şəhərində yerləşən miqrasiya baş ofisindən verilən məlumata görə, balaca qız ölkədə 2017-ci ilin noyabr ayına qədər qala biləcəyini qeyd edilib.
Reemin ailəsinin də Almaniyada qala biləcəyini bildirən ofis, fələstinli qızın məktəbdə fəal olduğunu da vurğulayıb.


































































































