Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 23-də Rusiyada keçirilən qanunsuz aksiyalara qiymət verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Pul pervıy” Telegram-kanal”ı məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, Belarus hadisələri ilə Rusiya arasında əsas fərq Minskdə 2020-ci ilin avqustunda "blitskriq"i həyata keçirmək istəyidir:
“Vəzifələri dərhal hakimiyyəti devirmək və ya güc göstərmək idi. Bundan sonra guya NATO qoşunlarının respublikamıza yeridilməsi nəzərdə tutulurdu”.
Belarus lideri qeyd edib ki, Rusiyada isə "blitskriq" əldə etmək qeyri-mümkündür.
Bundan başqa, Lukaşenko iddia edir ki, ABŞ, Avropa İttifaqı, həmçinin Rusiya liberalları Vladimir Putini ölkəsində müharibəni dayandırdığına görə bağışlamayacaqlar:
“Zənnimcə, Putin hər şeyə hazır olmalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:11 / 28.01.2021
Lukaşenko Rusiya və Belarusdakı etirazları müqayisə etdi
Hazırda oxunan: Lukaşenko Rusiya və Belarusdakı etirazları müqayisə etdi
Hazırda oxunan: Lukaşenko Rusiya və Belarusdakı etirazları müqayisə etdi
10003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.