Erməni təxribatı nəticəsinfə həyatını itirən hərbçilərimizdən biri Ümid İlqar oğlu Həsənovdur. O, 2001-ci ildə Quba rayonunun Vəlvələ kəndində doğulub. Ümid Həsənov MAXE kimi yenicə işə başlamışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi faktı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO
O, ailənin tək oğlu idi. Ailədə yalnız anası var, atası vəfat edib. İki bacısı isə ailəlidir. 21 yaşlı şəhidimiz hələ evlənməmişdi.
Allah rəhmət eləsin!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu