Dənizdə batanlar sudan çıxarıldı - YENİLƏNİB 

Hazırda oxunan: Dənizdə batanlar sudan çıxarıldı - YENİLƏNİB 

88339

Xəzər dənizinin Xaçmaz hissəsində batan gənclərin kimliyi məlum olub. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, suda boğulanların Qubanın Püstəqasım kənd sakini,26 yaşlı Eşqin Elçin oğlu Nəzirov və Gərey kənd sakini,18 yaşlı Məhəmməd Vaqif oğlu Mahmudov olduqları müəyyənləşib.  

Onların meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb. Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.

*** 20.44

Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində daha iki nəfər batıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Xaçmaz rayonunun Niyazoba kəndində batan şəxslər 17 və 22 yaşlı Quba sakinləridirr.

MÖVZU İLƏ BAĞLI:

Xəzər dənizində 4 nəfər BATDI - YENİLƏNİB


Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO