Hüquq müdafiəçisi barədə hökm elan edildi

Hüquq müdafiəçisi barədə hökm elan edildi

Hazırda oxunan: Hüquq müdafiəçisi barədə hökm elan edildi

86934
 Moderator.az-ın verdiyi xəbərə görə, Bu gün həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun  barəsində 3 il müddətində azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.Əvvəlcədən elan edilmədən qəfil keçirilən məhkəmə iclası barədə Taleh Xasməmmədovun ailə üzvüləri sonradan xəbər tutub prosesə qatılıblar. Hakim Fərhad Əfəndiyevin sədrliyi ilə keçirilən məhkəmə iclası başlayan kimi istintaqın bitdiyini elan edib çıxışlara başlanılıb. Dövlət ittihamçısı Taleh Xasməmmədovun 4 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilməsini məhkəmədən xahiş edib. Taleh Xasməmmədov isə son söz olaraq Göyçay rayon İcra başçısı Mübariz Ağayevin sifarişi ilə həbs edildiyini , ittihamın qondarma olmasını bildirirərək barəsində  bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib. Müşavirə otağına gedən hakim 1 saatdan sonra  hökümü elan edərək  cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Taleh Xasməmmədovu  3 il müddətində azadlıqdan məhrum edib.      Qeyd edim ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçay rayon icra başçısı Mübariz Ağayevin qanunsuz fəaliyyətini ictimailəşdirib ifşa etdiyi üçün onun sifarişi ilə 24.02.2015-ci il tarixdə  şərlənərək həbs edilmişdir.T.Xasməmmədov Azərbaycan Respublikası CM-nin   221.2.2-ci maddəsi (hakimiyyət  nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə məhkum edilib. Hüquq müdafiəçisi Taleh Xasməmmədov ciddi xəstəliyə görə çox əziyyət çəkir ki, onun həbsdə saxlanılması çox təhlükəlidir.Bundan öncə də  hüquq-müdafiə fəaliyyətinə görə məhkum edilmişdi, 26.12.2015-ci il tarixdə əfv olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO