Dağıstandakı Qarabağlı kəndinin ERMƏNİLƏRİ – Onlar KİMLƏRDİR?  

Dağıstandakı Qarabağlı kəndinin ERMƏNİLƏRİ – Onlar KİMLƏRDİR?  

Hazırda oxunan: Dağıstandakı Qarabağlı kəndinin ERMƏNİLƏRİ – Onlar KİMLƏRDİR?  

86247

İki erməninin yaşadığı ərazini ermənilər özlərinin dədə-baba torpaqları hesab edirlər. Ona görə də ermənilərin zaman-zaman türklərə deyil digər xalqlara qarşı da torpaq iddiasında olublar. Məsələn, Dağıstanın şimalında, Tarumovski bölgəsində Qarabağlı adlı bir erməni kəndi var. Vikipediyada erməni moderatorlar onu bu cür qeyd edirlər ki, “ermənilər Qafqaz Albaniyası dövründən Dağıstanda yaşayırlar”. Əslində, məsələ çox qarışıqdır, oradakı ermənilərin milli kimliyi ilə dini kimliyi arasındakı qarışıqlıq, bir çox mətləblərə tam aydınlıq gəlməsinə də imklan vermir.

Görək tarixi faktlar nə deyir?

bunun tam əksini söyləyir. Beləki, Böyük Pyotrdan sonra bir çox ermənilər Çar Rusiyasının təbəliyinə keçməyə başladı. Daha doğrusu ermənilər rus çarına və onun ətrafına “donosçuluq” etməyə qərar verdilər. Və Dağıstandakı Qarabağlı kəndi də ermənilərin satqınçılıqlarının acı aqibəti nəticəsində yarandı.

Bizim.Media tarixi faktlara istinadən xəbər verir ki, 1783-cü ildə Potyomkin Qarabağdakı ermənilərin dəstəyi ilə Qarabağ xanlığını işğal edib dağıtmaq və əvəzində burda Xristian knyazlığının yaradılması layihəsini İmperatriçə II Yekaterinaya təqdim edir.

Lakin Qarabağ xanı İbarahimxəlil xan bu layihəni və Gandzasar Katolikosu Yohannesin başçılıq etdiyi bəzi ermənilərin çar sarayı ilə yazışmalarını öyrənir. Lakin, xan hadisələrin inkişafını diqqətlə izləmək və xainlərin kimliyini dəqiqləşdirmək üçün özünü məlumatsız kimi aparır. Xan Erek Mankunk monastırından Alban Katolikosu və məlik Şahnazarı da bu məqsədlə öz yanına çəkir.

İbrahimxəlil xan erməni satqınları necə cəzalandırdı?

Nəhayət, 1784 -cü ilin yayında Qafqazdakı rus qoşunları gürcü və erməni qoşunlarının dəstəyi ilə İbrahim xanı devirmək üçün Qarabağa girməyi planlaşdırır. Bunu bilən İbrahimxəlil xan rusların əlaltısı olan məlik Məclumu, məlik Abovu və məlik Bəxtəmi Şüşadakı sarayına dəvət edir. Erməni məlikləri məsələnin mahiyyətini bilmədikləri üçün dəvəti can-başla qəbul edirlər. Lakin, məlik Məclum və məlik Abov saraya ayaq basan kimi həbs olunurlar. Məlik Bəxtəm isə Ərdəbil xanına təhvil verilir və o da həbsə atılır. 

İbrahimxəlil xan bununla da kifayətlənmir. Qandzasar monastırına bir dəstə atlı göndərir. Orda Katolikos Yohannesi, onun beş qardaşını və əlaltılarını qandallatdırıb Şuşaya gətizdirtdirir. Bir sözlə ruslarla iş birliyinə olanların hamısı ən sərt şəkildə cəzalandırılır. 

1786-cı ildə Katolikos Yohannes Şuşa həbsxanasında ölür. Onun əlaltıları və işğal planını dəstəkləyən bir neçə erməni kəndi Qarabağdan qovulur. Qovulan ermənilərin bəziləri Borçalıya, bəziləri isə Dağıstana qaçır. Və Dağıstandakı Qarabağlı qəsəbəsi də o zaman yaranır. 

Ermənilər Qarabağlı kəndinin adına niyə etiraz etmir?

Tarixi mənbələrdə o da qeyd edilir ki, o zaman Qarabağdan Borçalıya deportasiya edilən sui-qəsdçilər arasında Rusiya XİN-in hazırkı rəhbəri Sergey Lavrovun ana babası olan Kalantarovlar da var idi.

Qəribədir ki, bu köçürülmədən 250 ilə yaxın vaxt ötsə də nəyə görəsə Dağıstandakı bu kəndi ermənilər Artsaxaşen və ya Artsaxavan deyil, Qarabağlı adlandırılmasına heç zaman etiraz etməyiblər. 
 

Tarixi incələsək, burada başqa gili sirlər də var. Kök etibarı ilə onların arasında türk kökənli xristian albanlarının olduğu da üzə çıxacaq. Amma indilik əsas məsələ şüur, ideoloji olduğu üçün bu mətləblərə varmaq da çox çətindir.


Çünki bir çox erməni dediyimiz bu adamların zəhərlənmiş beyinləri hesabına ruh vəziyyətləri hay ideologiyasının daşıyıcısıdır. Bunu arındırıb durultmağa isə maariflənmə, həqiqi tarixin araşdırılması üçün illər lazımdır.


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO