Qənirə Paşayeva gəncləri kitab oxumağa çağırdı

Qənirə Paşayeva gəncləri kitab oxumağa çağırdı

Hazırda oxunan: Qənirə Paşayeva gəncləri kitab oxumağa çağırdı

81307


Millət vəkili Qənirə Paşayeva Tovuz rayon mərkəzi kitabxanasının kollektivi ilə görüş və söhbət zamanı uşaqlar və gənclər arasında kitaba,oxumağa, mütailəyə meyilliyin artması istiqamətində kitabxana işçilərinin də öz səylərini daha da artırması, kitabxanada müxtəlif maraqlı tədbir və görüşlər keçirərək gənclər arasında kitaba meyilliyin artması üçün geniş imkanların olduğunu bildirib.Qənirə Paşayeva rayon mərkəzi kitabxanasına özünün şəxsi kitabxanasına aid olan Türk Xalqları, onların tarixi, ədəbiyyatı,böyük şəxsiyyətləri,Türk dövlət və toplumları ilə bağlı çoxlu sayda maraqlı və dəyərli kitabları hədiyyə verərək gəncləri onları oxumağa çağırıb. Kitabxanaya yenə özünə məxsus kitablardan da hədiyyə edən millət vəkili Qənirə Paşayeva yaxın günlərdə bəzi yazıçı və şairlərimizlə birlikdə Tovuzda gənclərlə görüş layihəsinin başlayacağını deyərək mərkəzi kitabxanada oxucularla da geniş görüşün keçirilməsini müzakirə edib. İlk görüşün şəhid ailələri, Qarabağ müharibəsi əlili və veteranlarının övladları üçün keçiriləcəyini deyən millət vəkili onların hamısına özü də daxil olmaqla bir sıra yazar və şairlərin kitablarının imzalı hədiyyə ediləcəyini deyib. O bildirib ki, təkcə Azərbaycandan deyil, bu layihəyə dəstək vermək üçün Türkiyədən və bir sıra Türk dövlət və toplumlarından da bir sıra tanınmış şair və yazarların öz imzalı kitablarından millət vəkilinin xahişi ilə Bakıya göndərilməyə başlanılıb və gənclər həmin kitablardan da imzalı əldə edə biləcəklər. Millət vəkili Qənirə Paşayevanın bir mini kitabxana həcmində çoxlu sayda Türk Xalqlarına aid bağışladığı kitablara və kitabın təbliği istiqamətində fikir və həyata keçiridiyi layihələrə görə təşəkkürlərini bildirərək bütün kitabxana kollektivinin bu cür lahiyələrə bundan sonra daha da çox dəstək verəcəklərini,daha çox çalışacaqlarını bildiriblər. Bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik, bir millətin inkişafı onun gənc nəsillərinin kitaba,oxumağa,öyrənməyə böyük marağlndan keçir deyən millət vəkili Qənirə Paşayeva kitabxana əməkdaşlarına da özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı kitabları da hədiyyə edib.Millət vəkili Qənirə Paşayeva eyni zamanda ön cəbhədə hərbi hissəyə Türk xalqları, dövlətləri və toplumlarına aid çoxlu sayda kitablar hədiyyə edib və əsgər və hərbçiləri onları oxumağa çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO