İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə 18 martdan etibarən “Hər kağızı bir yarpağa dəyişək”x9d adlı layihəyə statr verilib. Layihəyə paytaxtla yanaşı bölgələrdə də uğurla həyata keçirilir. İDEA İctimai Birliyinin Gəncə Regional Ofisi, Gəncə Asan Xidmət Mərkəzi və “Azərsun Holding”x9d in birgə əməkdaşlığı ilə Gəncə şəhərində layihənin icrası həyata keçirilib.
Gəncə Asan Xidmət Mərkəzin qarşısında qoyulan kantinerdə tullantı kağızlar toplanaraq adiyyatı üzrə təhvil verilib. İDEA İctimai Birliyinin Gəncə Regional Ofisinin rəhbəri Könül Zeynalova bildirib ki, kağız tullantılarının toplanmasında ali və orta ixtisas məktəblərinin tələbələri ilə yanaşı ümümtəhsil məssisələrinin şagirdləri, idarə, təşkilat və şirkətlərdə çalışan gənclər də fəal iştirak edib. Layihənin icrası çərçivəsində Gəncə şəhəri üzrə 10.000 tondan artıq kağız toplanııb.
Qeyd edək ki, layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.



































































































