Elza yanan binadan çıxarılmış pianoda matəm melodiyası ifa edib   - FOTO

Elza yanan binadan çıxarılmış pianoda matəm melodiyası ifa edib - FOTO

Hazırda oxunan: Elza yanan binadan çıxarılmış pianoda matəm melodiyası ifa edib - FOTO

78676
Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan paytaxtda yaşayış binasında yanğının baş verdiyi ərazidə olub.

 Müğənni binanın həyətində sakinlərə məxsus, yanmış binadan çıxarılan pianoda Fikrət Əmirovun "Prelüdlər" və Lüdviq van Bethovenin "Elizaya" (Bethovenin sevgilisinin ölümünə həsr etdiyi əsər) əsərlərindən melodiyalar ifa edib.
 
Moderator.Az-ın məlumatına görə, Müğənni açıqlamasında ifa etdiyi melodiyanı binada yanğın zamanı ölən insanların ruhuna ithaf etdiyini açıqlayıb: “Demək olar ki, bu gün ölkəmiz matəm içindədir. Çox dəhşətli hadisə idi. Bu gün bura gəlməyi vətəndaş olaraq özümə borc bildim. Həyətdə yanmış fortepianonu görüb düşündüm ki, bu, həmin hadisədə həyatını itirən insanlara, azyaşlılara məxsus ola bilər. Pianoda Bethovenin və Fikrət Əmirovun lirik melodiyalarını çaldım. Bu ifaları həmin hadisədə ölən insanların xatirəsinə ithaf edirəm”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO