Bu günlərdə Belçika Krallığının Leopoldsburg şəhərində müxtəlif ölkələrin tarixinin,mədəniyyətinin,mədəni-mənəvi sərvətlərinin tanıdılması ilə bağlı tədbir keçirilib.
Bu barədə məlumatı “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik”x9d cəmiyyətinin sədri İradə Uluxanlı bildirib.
“Tədbirdə ölkəmizi yerli əhaliyə təqdim etmək üçün yeni diaspor fəaliyyətinə başlayan gənc həmvətənlərimiz iştirak ediblər. “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik”x9d cəmiyyətinin dəstəyi ilə fəaliyyətə başlayan tələbə və gənclərimi ölkəmizi tədbir iştirakçılarına hərtərəfli şəkildə təqdim etmək üçün qüvvələrini səfərbər edərək ölkəmizin tarixi, mədəniyyəti, müasir dövlət quruculuğu sahəsində əldə etdiyimiz nailiyyətlər barədə qonaqlara ətraflı məlumatlar verdilər. Qonaqları ölkəmiz haqqında daha ətraflı şəkildə məlumatlandırmaq üçüb müxtəlif növ materiallardan, Azərbaycan haqqında filmlərdən, kitablardan suvenirlərdən və s. istifadə edilmişdi”x9d,-deyə cəmiyyət sədri söyləyib.
İ.Uluxanlı tədbirdə adı çəkilən şəhərin hakimiyyət orqanlarının da iştirak etdiyini qeyd etdi:
“Onu da qeyd etmək vacib hesab edirik ki, tədbirdə təqdim olunan ölkələr arasında ən uğurlu təqdimat ölkəmizin təqdimatı olub. Tədbir iştirakçıları buna görə tədbirin təşkilatçısı gənc həmvətənlərimiz Renata Kərimovaya dərin təşəkkürlərini çatdıraraq, ona bu işdə uğurlar arzulamışlar”x9d.


































































































