Satın alınmış yuxular...

Satın alınmış yuxular...

Hazırda oxunan: Satın alınmış yuxular...

73769
Son dövr Azərbaycanda çoxsaylı “milli tənqidçilər”x9d meydana gəlib. Bunların içində gənc yazarlar, qoca yazarlar, yurnalistlər, köşə yazarları, partiya funksionerləri kifayət qədərdir. Bir qayda olaraq bu cənablar özlərindən tamamilə razıdır, özlərini haqqında danışdıqları toplumdan fərqli hesab edir, öz personalarının hansısa şəkildə təhlil edilməsinə tamamilə dözümsüzdür. Tabeliyində işələdiyi müdirləri haqqında, hakimiyyətin siyasəti haqqında bir cümlə belə tənqidi fikir söyləməyə cürət etməyənlər millət haqqında  istədiklərini yaza, danışa bilirlər.  Bu “cəsarətin”x9d bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu “tənqidçilərin”x9d hakimiyyətə qarşı “xoşgörüsü”x9dnün arxasında mütləq ya bir qorxu  hissi, ya bir  bir təmənna dayanır. Bu cür “milli tənqidçilər”x9d ya hansısa hansısa hakimiyyətyönlü bir saytın mətbəxində, ya təqaüd alan gənc yazarlar sıyahısında, ya da bu millətə nifrət edən hansısa kənar  bir qüvvənin vtrinindədir. Yəni, hər  bir halda bu “millətsöyənlərin”x9d arxasında bir haramlıq, bir əyrilik dayanır. Halal bir mənbədən millətin ünvanına bu cür bir çirkab atıla bilməz. 
   Son dövrlər televiziyada, mətbuat səhifələrində normal, pozitiv hadisələr, nümunələr, normal insan obrazları demək olar ki, yox səviyyəsindədir. Diqqət çəkmək, tiray toplamaq üçün cəmiyyət üçün xarakterik olmayan, qeyri- adi, hiss və həyəcan yaradan nümunələr, hadisələr, insanlar təbliğ olunur. Ekranı, efiri, mətbuatı öz ağuşuna almış bu ekstremizm təbii ki,  toplumun əhval-ruhiyyəsinə ciddi mənfi təsir göstərir. Xüsusi hazırlanmamış, nəyi oxumaq, nəyi seyr etmək barədə bilgiyə və aydın təsəvvürə malik olmayan  toplum üçün qeyri-adi məsələlər daha cəlbedicidir. 
 Haqq və hüquqları tapdalanmış, öz vəziyyətindən narazı insanlar adətən ətrafdakı hər kəsi günahlandırmqla öz vəziyyətlərinə özlərinin səbəb olmadığı hissini yaşamaq üçün istifadə edirlər.  
   Qəribə bir paradoks yaranıb.  Yazılarında,  əsərlərində adətən yaradıcı adamlar azad fikrin, müstəqil düşüncənin, insan haqlarının, birlik və bərabərliyinin  tərəfdarı kimi çıxış edirlər. Amma real həyata gəldikdə bu cür adamlar özləri üçün xüsusi status, cəmiyyətin, dövlətin ona xüsusi qayğı göstərməsini tələb edir. Bu baş vermədikdə və ya bu istədiyi qədərində olmadıqda başlayır ki, bəs Mirzə Ələkbər belə deyib, Məhəmməd Hadi elə,  Zərdabi də bir başqa cür deyib,  əlqərəz, ”x9dbu millət öz dahilərinin qədrini bilən deyil, ona görə də bu gündədir.”x9d 
  Əvvala qeyd etmək istəyirəm ki, hər hansı tənqidlə fərdi, milləti tərbiyə etmək olmaz, tənqid qarşıdakının səhvlərini üzə çıxarmaq, onu aşağılamaqdan başqa bir şey deyil. Dünyanın  normal ölkələrində cəmiyyətlər şəxsi nümunələr, təbliğ və təhlil əsasında tərbiyə olunur, formalaşır.  
  Kommunist ideologiyasının milli, mənəvi dəyərləri gözdən salmaq üçün xüsusi fetişləşdirdiyi şəxsiyyətləri, əsərləri  milli dövlətçilik üçün əsas hesab etmək olmaz. 
   
Bundan başqa  bu dostlar adlarını sadaladıqları ilə eyni mərtəbədə olmaq hüququnu qazanıb-qazanmadığı hələlik bəlli deyil və özünü dahi sayanlar o qədərdir ki, bunların hər birini istədiyi şəraitlə təmin etmək mümkün deyil. 
 Bir müddət öncə  lap çoxdan tanıdığım  bir şairin dəfnində iştirak etdik. Maddi çətinliklər hər nöqtədə özünü göstərirdi. Şair ömrünün sonlarında ölkəyə qayıdıb YAP-a da daxil olmuşdu, amma bu da onun vəziyyətini dəyişməmişdi...  Dəfndən sonra bu günün ən təmənnasız, mətbuatdan qaçan sufi  şairi sayılan, hörmət etdiyim dostum da hakimiyyətin,  Yazıçılar Birliyinin bu cür istedad sahibinə diqqət ayırmamasından narazılıq etdi,  sonda şairlərin cəmiyyət tərəfindən düzgün qiymətləndirilmədiyinə gəldi. Bəli oldu ki, cəmiyyətin ən təmənasız şairi də Sovet dövrünün, Yazıçılar Birliyinin nostaljisi ilə yaşayır... 
  
Bir qədər ümumiləşdirmə aparsaq  Azərbaycandakı yaradıcı şəxslərin böyük əksəriyyətinin hələ də sovet nostaljisindən qurtarmadığı aydın görünür.  Müstəqil dövlətçilik, azadlıq, senzurasızlıq şəraitində də yaradıcı birliklərinin qorunub saxlanması, bu  zümrənin maddi vəziyyətinin bu birliklərdən asılı vəziyyətdə olması daha da güclənib.  Bu zümrəni hakimiyyətin nəzarəti altında saxlamaq üçün “prezident təqaüdü”x9d , “gənc yazarlara təqaüd”x9d  və başqa adlarda ödənişlər təyin olunub. Bu cür sındırılmış, dolanışıq müqabilində susdurulmuş bir zümrənin pozitiv enerji verən əsərlər yaratması çox problemli görünür.  Bu toplumun sovet dönəminin nostaljisi altında yaratdığı “ milli nümunələr”x9d isə tamamilə məntiqi olaraq əks effekt verir. Millətin,  dövlətçilik şüurunun, milli ideyanın  formalaşması funksiyasını yerinə yetirməli zümrə demək olar ki, bu dəyərlərin əksinə fəaliyyət göstərir...
   
Əslində millət - vətən anlayışını formalaşdıran əsas elementdir. Bizim milli məfkurəmizə görə vətən Ana Vətəndir. Hər birimiz anamız haqqında necə düşünürüksə, vətən haqqında da,  millət haqqında eyni düşünməliyik.  Ã–vlad ana münasibəti necə munis, necə ülvi, necə müqəddəs və hər dəyərdən üstündürsə eləcə də hər bir fərd üçün  vətən, millət anlayışı da həmin ucalıqda dayanmalıdır. Və belə olacağı halda həqiqi vətən-vətəndaş, fərd-millət sevgisi yarana bilər.  Bu hissin bədii obrazlıar şəklində, publisistika şəklində böyük topluma təqdim etməli olan zümrə hələlik milləti tənqid etməklə məşğuldurlar. 
 Zənnimcə, Azərbaycanda millətə bu cür münasibət milli dövlətçilik anlayışına ən ciddi  təhlükədir. 
  
 Mənim bu yazdıqlarımın səhvən, senzuranın yenidən  tətbiqi kimi dəyərləndirmək olmaz. Əlbəttə, demokratik cəmiyyətin əsas atributlarından biri ifadə azadlığıdır və bu dəyəri biz qorumalıyıq. Hər bir fərdin istədiyi fikri ifadə etmək hüququ var. Amma bu fikirlər içindən hansıların tirajlanması, böyük topluma çatdırılması, onun nəticələrinin proqnozlaşdırılması hakimiyyətin borcudur. Bir növ hakimiyyətdəki qüvvə Azərbaycan ictimai fikrinə pozitiv energetika verən fikir və ideyaların investisiyasına mütləq diqqət ayrılmalıdır. İndiki hakimiyyət bu sahəni tamamilə unudub. Ölkədəki bütün televiziyalara hakimiyyətin olimpində olan bir neçə nəfərin tənqidindən başqa istənilən məsələ ilə diqqəti yayındırmaq icazəsi verilib.
 Dəyərlər sistemi itib. Özünə qarşı bir ayrı mizan-tərəzi, digərlərinə qarşı bir başqası qurulub. 
  
Bir yanda Qərbin bizim milli mentalitetə qətiyyən uyğun olmayan dəyərlər sistemi, bir yanda din adı altında ayrı-ayrı məzhəblər arası süni şəkildə qızışdırılan, cəmiyyəti parçalamağa yönəlmiş, düşmənçlik təbliğatları. Bu cür  sistemsiz, antimilli, elmsiz yanaşma “xalq yazıçısı”x9dnın “daş yuxularına”x9d,  milli şüurda dəyərə çevrilmiş tarixi səxsiyyətlərin televiziya kanallarında bir neçə ağıldankəm tərəfindən təhqirlərinə qədər uzanıb gedir...
 Cəmiyyətdə normal birgəyaşayış qaydaları yaratmaq üçün fəaliyyət göstərməyib,  hakimiyyətə etiraz edə bilməyib, əvəzində milləti aşağılamaq, söymək olmaz. Bütün millətlərin əsasını eyni bir materiya -Allahın bərabər yaratdığı insan oğlu təşkil edir. Millətlərin bir-birindən fərqi tarixi səxsiyyətləri,  yaşam tərzi, qaydaları, ideyaları, dəyərlər sistemi, adət-ənənələri, mədəniyyəti, tarixi  ilə formalaşır. Və bu formalaşmada əsas yük milli ideoloqların üzərinə düşür. 
  
 Ortada tarixi yaratmış  bir millətin min illik qəhrəmanlıq tarixi, vətən uğrunda könüllü döyüşə getmiş və şəhid olmuş  on minlər, Mübariz İbrahimov nümunələri, tanrının hər cür zənginliklərlə lütfləndirdiyi bir məmləkət və bu ərazidə  normal milli dövlət  quruculuğu üçün tarixi şans...
 Tanrı yardımçınız olsun!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO