Moderator.azxa0tanınmış hüquqşünas Qurban Məmmədovun qələmə aldığı olduqca maraqlı və ibrətamiz hekayəni hissə-hissə oxuculara təqdim edir. Hekayənin başlığı nisbətən sərt olduğu üçün onu orijinalda olduğu kimi, yəni ingiis dilində verməyi doğru hesab etdik:
"Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur.
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülüsüm xanımın əziz xatirəsinə ithaf edirəm.
Əvvəli bu linkdə---moderator.az/?xeber=68598
Ev yıxan namazdırmı?
...Namaz? Başıma gələn fəlakətlərin bir səbəbi də elə o namaz oldu. Evimə girdi- girmədi həyatımın nizamı pozuldu.- yenə də öz-özünə danışırdı. Başını aşağı salıb, dirsəkləndiyi dizləri arasından yerə baxırdı.- Əvvəl boşanma, aliment, əhəmiyyətsiz qonşu davalarına baxırdım. Hakim əbasını geyəndə özümü qeyri-adi hiss edirdim. İçimi fərəh bürüyürdü. Dəhlizdə, məhkəmə zalına doğru irəliləyəndə mənə baxan insanları görüb nə qədər dəyərli, arzulanan, ümid yeri olduğumu dərk edəndə sanki uçurdum. Heyf, atam-anam mənim o günlərimi görmədi. İnsanların baxışlarında özümə qarşı hörmət, ehtiram görür, səmimiyyət hiss edirdim. Bu yalnız bir il çəkdi. İlk dəfə məhkəmə sədri çağırıb, “tərəflərdən hansı yaxşı məbləğ təklif etsə, onun xeyrinə də qərar ver”x9d deyənə qədər. Əvvəl, guya başa düşmədim. Özümü elə göstərdim. Sədr təkrar etdi. Eşitdim, anlamaq, qəbullanmaq istəmədim. Prosesi uzatmağa başladım. Bu çirkaba bulaşmaq istəmirdim. Sədr başa düşəndə ki, mən onun dediyini eləmək istəmirəm, növbəti iclasda tərəflərdən biri boş, mənasız, qanunsuz əsaslarla mənə etiraz etdi və sədr işi məndən alıb başqa hakimə verdi. Mülk davası idi. Evin qiyməti, təqribən, 300-500 min manat olardı. Cavabdeh tam haqlı olsa da, iddiaçı, zor-xoş, mülkə sahib çıxmaq istəyirdi. Sonradan öyrəndim ki, yazıq cavabdeh öz ata-baba mülkünü qorumaq üçün evinin qiymətinin 25-30 faizi miqdarında rüşvət verib. Həm də kredit hesabına. Bizdə hər şey analoqsuzdur. Oxşarı yoxdur. Mənzili əlindən çıxmasın deyə, adam gedib bankda borca girir, rüşvət verir. Sonra da ömrü boyu bankla çəkişir. Həyat cəhənnəmə dönür. Adamlar, bəlkə də, bilmirlər ki, Allahın, “cəhənnəm”x9d deyə bizi qorxutduğu yer elə buradır ”“ A z ə r b a y c a n. Yəqin elə başqa ölkələr də bu gündədir”¦ Bir müddət yenə də aliment, boşanma, qonşu davaları və xırda xuliqanlıq işlərinə baxdım. Mən halımdan məmnun idim. Ən xırda, əhəmiyyətsiz görünən işdə belə, ədalətli, qanuni qərar qəbul edəndə vətəndaşın minnətdarlıq dolu baxışları, təşəkkür bildirən ifadələri səni öz gözündə ucaldır, özünə hörmət hissi yaradır, içini işıqla, nurla doldurur. Fərəhlənirsən. Bilirsənmi, insan ictimai əhəmiyyətliliyini dərk edəndə insanlaşır. Yoxsa, adi heyvandan heç bir fərqi yoxdur insanın. Mənimlə razısınızmı?- deyə, mənə toxundu. Elə bildi yatmışam, mürgüləyirəm. Məni ayıltmağa çalışırdı sanki.
Tamamilə, haqlısınız. Razıyam, əlbəttə. Mən səni dinləyirəm. Özüm müdaxilə etmək istəmirəm ki, fikirləriniz qırılmasın, mane olmayım. Buyurun, davam edin, yeri gəlmişkən soruşum: hakim üçün ən çətin iş hansıdır, sizcə? ”“ qeyri-ixtiyari olaraq, “siz”x9də xa0keçdim.
O cavab vermək istəyirdi ki, yenə zəng gəldi. Xanımım idi. xa0“Sübh namazının vaxtı çıxmaq üzrədir, namazını qılmısanmı? Gün doğur birazdan, evə nə vaxt gələcəksən axı?”x9d ”“ deyə, səhər yeməyini xa0mənsiz yeməyəcəyini xatırlatdı. Söz verdim ki, tezliklə gələcəyəm.
Dərhal qalxıb yaxınlıqdakı çəmənlikdə namazımı qıldım.
Yerimə qayıdan kimi o davam etdi:
Səmimi cavab verim: indi Azərbaycan hakimləri üçün ən çətin iş tərəflərin heç birinin rüşvət təklif etmədiyi işlərdir. Belə olanda hakimlər az qalır dəli olsunlar. Plan var axı.”” ara verib davam etdi. ”” Bir azdan ölkədə siyasi vəziyyət gərginləşdi. Müxalifət mitinq və etiraz nümayişlərinə, piketlərə başladı. Hakimlərin dediyi kimi, “sezon”x9d qızışdı. Beş-altı nəfər cavan uşağı, aralarında tələbələr də var idi, “on beş sutkalıq”x9d üçün gətirdilər. Tək məndə yox, o biri hakimlərin də hərəsində 5-10 iş var idi. Sədr xa0məni öz otağına çağırıb qısa və aydın xa0şəkildə əmr etdi : “yuxarıdan tapşırıblar, hərəsinə 5-15 sutka ver getsinlər. Kimə nə qədər verməyi isə özün müəyyənləşdir”x9d. “Yuxarı”x9ddeyəndə, şəhadət barmağını, altında oturduğu portretə tuşladı. Elə dedi ki, etiraza yer qoymadı. Həm də bu anadək, məni “o”x9dnun çörəyini yediyimə inandırmışdı. Çörək yediyin təknəyə tüpürmək isə kişilikdən deyildi. Mən o gün dərk etdim ki, son il yarımda mənimlə aparılan “tərbiyəvi- ideoloji söhbət”x9dlərin də məqsədi elə məni xa0 bu reallığa alışdırmaq, uyğunlaşdırmaq imiş. Ancaq, insafən, mənə həm də müstəqillik vermişdi. Kimə 5, kimə də 15 sutka verməyi özüm müəyyənləşdirə bilərdim. Yəni cəza verməyin vacibliyini “yuxarı”x9d, xa0miqdarını mən özüm müəyyən edirdim. Etiraz da qəbul edilmir. Bax, həmin gün mən fahişəliyə ilk addım atan qadının halına düşdüm. Düzdür, bu yolu mən könüllü seçmirdim, məni zorlayırdılar, ancaq mən bu zorlanmaya etiraz etmədiyim üçün, əksinə hətta xoşlandığım, bəlkə də arzu etdiyim üçün könüllü qaydada fahişəlik edən qadınla mənim fərqim yox idi. Çətini isə, bu addımı birinci dəfə atanacandır. Arxası asan olacaq. Zorlamaq həvəsi olan zorlamağından, zorlanmaqdan da fayda güdən zorlanmağından həya etməyəcək. Əsas birinci dəfədir. Sonrası adiləşir. Gündəlik həyat tərzinə çevrilir.
Mənə maraqlı olan bilirsənmi nədir, yoldaş, möhtərəm?- deyə, gülümsədim. ”“ Günahsız olduğunu bildiyin adama necə cəza verə bilirsən? Mənə bu çatmır. Anlaya bilmirəm. Vicdanın səni heçmi narahat etmir?
xa0 xa0 xa0
Millət, yoxsa sürü?
xa0Birinci dəfəyə qədər mən də sənin kimi düşünürdüm. Heç ağlıma da gətirmirdim nə vaxtsa belə bir iş görəcəyimi. Ancaq bilirsən nə baş verdi o gün? Mən dərk edirdim ki, “yuxarı”x9dnın tapşırığını icra etdiyimə görə, xa0mən də “yuxarı”x9ddan nəsə ummaq haqqı əldə edirəm və bu haqq mənə mütləq veriləcək.
Nə verdi ki sənə yuxarı ? Umduğunu ala bildinmi? Başqasının ailəsini başsız qoymağın, gənc bir insanın ömrünü haqsız olaraq kəsməyin qarşılığında “yuxarı”x9d sənə nə verə bilər ki? Bunun qarşılığı xa0nədir axı? Bu qanunsuz hərəkətinlə sən, bir hakim kimi şəxsi həyatını təhlükəyə atırsan. Sabah, o qanunsuz həbs etdiyin birinin oğlu, xa0ya qardaşı, elə azadlığa çıxandan sonra özü vurub səni öldürə bilər. Səndən , ailə üzvündən intiqam ala bilər. Yəni bunun qarşılığı nə ola bilər ki, hakim qardaş?
-Bu bir diplomatiyadır. Alçaqlığın, namussuzluğun, oğraşlığın diplomatiyasıdır. Heç kim səninlə bu alış-veriş barədə yazılı müqavilə bağlamır. Hərə öz vəzifəsini prosesin gedişində anlayır, dərk edir və təhtəlşüur olaraq qəbullanır.
Nə verdi axı ? ”“ deyə, mən səbirsizləndim.
Cəzasızlıq hüququ və qorxusuz rüşvət almaq imkanı. Mən dərk etdim ki, “yuxarı”x9dnın qanunsuz tapşırığını yerinə yetirdiyimə görə, sabah bir xəta , ya cinayət etsəm də, “yuxarı”x9d məni müdafiə etməyə məhkumdur və bundan sonra mən istədiyim işi istədiyim kimi həll edə bilərəm, xa0istədiyim qədər də qazana bilərəm.
Bəs, o qanunsuz həbs etdiyiniz, haqqını tapdaladığınız insanlar? Onlara heç yazığınız gəlmədi, intiqamlarından qorxmadınız?
Nə? İnsanlar? İntiqam? Əvvəla, uzun illərdir ki, bu millətin hüquqlarını pozan bir peşəkar kimi deyirəm: bu millətin öz düşmənindən, ona pislik edəndən intiqam ala biləcək qədər kişiliyi, mənliyi, ləyaqəti yoxdur. O, bütün bunları xa0Xocalıda, Kəlbəcərdə, Şuşada, Xankəndində və saxta prezident, parlament, bələdiyyə seçkilərinin nəticələrinə dözəndə itirib. Mənə inan. Bir də ki, elə həmin gün sənin insan dediyin bu canlılar mənimçün biznes, qazanc obyektinə çevrildi. Taxta-dülgər üçün, cırıq ayaqqabı ”” pinəçi üçün hansı rolu oynayırsa, nədirsə, məhkəməyə işi düşən adam da mənimçün odur. Bu hiss gün-gündən gücləndi və mən, sözün həqiqi mənasında, “hakim- biznesmen”x9d oldum. Məhkəmə, hakim kürsüsü və hakim cübbəsi əslində bu biznesi pərdələyən vasitələrdir. Biz “yuxarılar”x9dla şərikli biznes aparırıq. Ortaqlarıq. Adam oğruları kimi. Alıb satdığımız da insan hüquqları və ailə taleləridir.
O bu fikirləri elə ciddi ifadə edirdi ki, inanmamaq mümkün deyildi. Mənim təəccüblə baxdığımı görüb : “Bu millətə bu da azdır.”x9d- deyə, məni bir daha inandırmağa çalışdı.
Millətin nə günahı? Sən də, mən də, bizim yaxınlarımız, doğmalarımız da bu millətdən deyilmi?
Pafoslu, gəlişi gözəl, populist sözləri bir kənara qoy. Tək-tək ləyaqətli, namuslu və qəhrəman, cəsur, qərarlı şəxsiyyətlərin olması hələ bütün millətin belə olması demək deyil. Belələrinin, yəni passionar adamlarının sayı və gücü millətlərin xarakterini, hərəkətlərini xa0müəyyən edəcək həddə olan millətlərə qəhrəman, ləyaqətli demək olar. Bir millətin ki müəllimi, həkimi, məmuru seçkini saxtalaşdırır və səsi saxtalaşdırılanlar, iradəsi zorlananlar da buna dözür, ona millət demək olmaz. Bu, bir kütlə və ya sürüdür, insanabənzər canlılar sürüsü.
Anlamadım. Sən kimi ittiham edirsən ki? Bütün bu saxtakarlıqları qanunlaşdıran sənin kimi hakimlər deyilmi? Buna millət neyləsin?
Millət neyləsin? Sənin bu qəhrəman millətin mənim erməni və ya rus kəşfiyyatı tərəfindən bu vəzifəyə yerləşdirilməməyimə xa0əmindirmi? Bunu bilirmi? Ya da “yuxarı”x9ddakılardan o göstərişi verənlərin necə? Onları kimin idarə etdiyini, onların kimə və haralara xidmət etdiyini bilirmi? Qəbul edilən qərarların, qanunların, hökm və qətnamələrin, atılan addımların, yürüdülən daxili və xarici siyasətin onun mənafeyinə zidd olduğunu görmürmü? Niyə susur? Kimi və nəyi gözləyir?
Deyəsən, sən də təzə ayılmısan. Bütün bunları deyəndə öz günahını necə, qəbul edirsənmi? Nə vaxtdan belə anlamağa başlamısan, cənab hakim?
Ayılmağına, anlamağına çoxdan ayılmışam. Ancaq qərar vermək üçün kişiliyim, gücüm yoxdur. Yəqin ki, bu gün qərar verəcəyəm,- susdu, fikrə getdi. xa0Başını aşağı salıb davam etdi:- “OMON”x9dçuların, Xalq Cəbhəsi hakimiyyətinin nümayəndələrinin, Rəhim Qazıyevin, Tale Bağırzadə və Abgül Süleymanovun, Nigar Yaqublunun işində mən “yuxarı”x9dların əsil mahiyyətini, niyyətlərini dərk etdim. O işlər üzrə hökm çıxaranda da, o hökmləri təsdiq edəndə də mən nələr yaşadım, bir Allah bilir. Təsəvvür edirsən, eyni hərəkəti törədən minlərlə bığıburma kişi həbs edilməyə ”“ edilməyə, bizim əlimizlə bir qız uşağını həbs etdirib millətin namusuna, ləyaqətinə tüpürdülər, onun heysiyyatını döşəmə əskisi kimi ayaqlar altına sərdilər. Düzü o gün mən elə bilirdim ki, bu dəqiqə məhkəmə zalında məni və başqa hakimləri güllələyəcək, məhkəmə binasını alt-üst edəcəklər. Ancaq olmadı. Elə həmin gün anladım ki, bu millətin kişilik damarı, mənlik hissi artıq ölüb. Bunu dərk edəndə isə qorxdum. Çox qorxdum. Bu hala salınmış bir millət heç vaxt ermənidən torpağını geri ala bilməz. Evində qorxaq olan itin çöldə kimisə qorxutması mümkün deyil. ”“ susdu, gözləri yol çəkdi bir anlığa, yenə davam etdi: ”“ Mənim babalarımın, yaxınlarımın qəbirləri o torpaqlarda qalıb. Burada mənə zorla “baba”x9d sırıyır, kiminsə qəbrinə baş əyməyə məcbur edirlər.
Məndən incimə, bir söz deyəcəyəm. Savadsız, cahil, qanmaz bir adamın belə hərəkət etməsi başa düşüləndir. Ali savadlı hüquqşünasın belə, guya millətin dərdinə qalması, eyni zamanda da, bu xəyanətə qulluq etməsini anlamaq, qəbul etmək mümkün deyil. Səni zorla orada, o kürsüdə saxlayan var? İşləmə, çıx işdən, istefa ver qarşını kəsən var? Mən hakim, prokuror, müstəntiq işləmirəm, acından ölürəm? xa0Ay qardaş, Allah hərəyə bir tikə ruzi yetirir. Onu halal qazanmaq və yemək mümkün deyilmi? Başqa iş tap özünə. Açıq deyirəm, mən sənin bu sözlərinin səmimiyyətinə inanmıram.
Başqa iş tapım? Bax görürsən, nəinki sadə vətəndaşlar, heç sənin kimi hüquqşünas da bilmir əslində xa0bu ölkədə nə baş verdiyini. Qardaş, elə bilirsən bunların əlindən qurtulmaq asandır? Bir məqam oldu, aradan çıxmaq istədim. Kifayət qədər mal-mülk, sərvət, pul toplamışam. Sifarişlərin getdikcə artdığını və qorxunc xarakter aldığını görəndə, gələcək təhlükələri nəzərə alaraq, aradan çıxmaq istədim.
Çıxardın. Nə mane oldu ki? ”“ deyə, soruşdum.
Ehh ”“ dərin bir ah çəkdi. ”“ birini bilirsən, yüzündən bixəbərsən. Tək sən yox haaa, elə bütün müxalifət, millət sənin günündədir. Yatmısız fil qulağında. Qardaş, xəbərin var ki, son 20 ildə Azərbaycanın bütün əmlakından, ümumi daxili məhsulundan 5-10 dəfə çox, yəni 10 Azərbaycan oğurlanıb ? Həə, xəbərin vaaaar? Səncə, bu boyda oğurluğu, 5-10 adam edə bilər? xa0Mənim kimi minlərlə adam cəlb edilib bu prosesə: yığ-ver, çal-çap, al-ötür. Aldığının müəyyən, cüzi faizi özündə qalır, qalanını yuxarı ötürməlisən. Hünərin var bir qəpik gizlət. O cüzi faiz də vasitəçi-iştirakçılara bəs edir. Elə hakim, məmur var ki, 5-10 villası, 5-10 xarici maşını, milyonlarla pulu var, saxladığı fahişə qadınlara ev-eşik, bahalı maşınlar alıb və s. Bunun “cüzi”x9d-si bu qədərdirsə, gör yuxarı ötürülən nə qədərdir?!
- Əşşi, səni zəncirlə saxlayan var? Eləmə. Çıx oyundan. Tövbə elə. Heç olmasa, bundan sonra adam kimi yaşa, adam kimi qazan, adam kimi də öl.
-Dedim axı, cəhd etdim. İstədim adam olam. ”“ susdu, öz-özünə danışırmış kimi, səsinin tonununu aşağı saldı, pıçıltı ilə danışmağa davam etdi ”“ xa0əvvəl yuxarının sifarişi, sonra da bu sifarişin doğurduğu mənəvi haqqa söykənən rüşvət alma, ardınca yeni sifarişlər və ”¦ bu zəncirvari proses davam edir. Bu bir bataqlıqdır. Batdıqca batırsan. Hər addımın, hər hərəkətin, hər rüşvət qoparman, səni bu bataqlığın dibinə daha çox çəkir. Sən bütün həyatınla, ailənin firavan dolanışığına, arvadının brliyantlarla bəzənməsinə, övladlarının bahalı məktəblərdə, xarici dövlətlərdə təhsil almasına, hətta saxladığın fahişələrə etdiyin hədiyyələrə görə də o “yuxarı”x9dya borclusan. Aradan çıxmaq istəyən bütün bunları sahibinə qaytarmalı, yolunmuş qaz, yolux cücə həddinə düşməlidir. Yolux cücə. Bunu mənə çox incəliklə qandırdılar. Üstəlik də başa saldılar ki, hələ bununla qurtara bilsəm, Allaha şükür də etməliyəm. Çünki o siyasi sifarişli işlərə və elə sifarişlərə də arxayın olub aldığın rüşvətlərə görə adamı qoduxluğa soxarlar. Hakim kürsüsündən həbsxana çarpayısına. Mən, hətta, bütün bunları gözə alaraq, qəti addım atmaq qərarına gəlmişdim. Ancaq, ilk müqavimətin qarşısında aciz qaldım. Sındım, uduzdum, geri çəkildim və elə o andan da olan-qalan mənliyimi də itirdim.
Kimə uduzdun belə? Qəribədi, nə dedilər ki? Nə baş verdi?
Arvadıma, həyat yoldaşıma, ailəmə, “ailə”x9d haaa, ”“ deyə, üzündə qəzəb, kədər, qəm-qüssə bir-birinə qarışdı. Bir də təkrarladı: -a i l ə, arvad, həyat yoldaşı. Sizinki dünəndən çörək yemir, səni gözləyir. Mənimki isə, ”“ yenə xa0də gözləri yol xa0çəkdi. Susdu. Birdən, cəld mənə tərəf dönərək: ”“ bütün vəzifəli şəxslərin, rüşvətxorların bir ümumi səhvi var. Bilirsən nədir bu? ”“ deyə, soruşdu.
Deyərsən bilərəm, cənab hakim, ”“ cavab verdim.
Ailələrini, xüsusilə də, həyat yoldaşlarını vəzifənin verdiyi imkanlara və aldıqları rüşvətin səviyyəsinə uyğun yaşatmaq, buna vərdiş etdirmək. Bir də aldıqlarını arvada bildirmək.
Sən bunu səhv hesab edirsən? Özünün rüşvət aldığını yox, arvad-uşağı bu rüşvətə uyğun yaşatmağı səhv hesab edirsən? Mən nəsə başa düşə bilmədim.
Hə, hə. Biz onsuz da yazıq, bədbəxt olmuşuq. Bu ölkədə rüşvətə bulaşmayan bir nəfər də olsun vəzifəli şəxs yoxdur və ola da bilməz. Ya rüşvət alır, ya da dövlət əmlakını mənimsəyir. Hamı bu ölkədə zorən-cinayətkar, zorən-haram yeyəndir, hamı buna məcbur edilir, rejimin mahiyyəti budur. Gərək ağıllı adam, heç olmasa, ailəsini bu harama bulaşdırmasın. Axırı”¦
Sən özün bunu bacardınmı? ”“ deyə, sözünü kəsdim.
Bacarmadım deyə, indi mən səninlə bu soyuqda titrəyə-titrəyə oturmuşam, arvadım isə öz aşnası ilə mənim isti yatağımda kef çəkir. Məni evə buraxmır.
Sən nə danışırsan? Zarafat edirsən, yoxsa”¦
Dərhal sözümü kəsdi:
Nə zarafat, bayaqdan imkan vermirsən ki mən ürəyimi boşaldım, istədiklərimi, ürəyimi deşən, beynimi xərçəng kimi gəmirən bu bəlamı sənə danışım. Xahiş edirəm, sus, sus və diqqətlə məni dinlə.
Özü susdu. Ara verdi. Nəsə fikirləşdi. Daxilində yenə də kiminləsə mübahisə edir, sözlə atışırdı. Başının hərəkətləri, mimika və əl hərəkətləri bundan xəbər verirdi. Kənardan baxan onu dəli zənn edərdi. Mənə tərəf döndü. Gözlərini gözlərimə zilləyib, özündən intiqam alırmış kimi, acı-acı gülümsəyərək dedi:
Bəli, cənab vəkil, mən arvadımın mənim yatağıma saldığı kişinin çıxıb getməsinə qədər burada gözləməliyəm. Yalnız arvadım mənə zəng edib evə çağırsa gedə bilərəm. Zəng, aşnasının getməsini bildirəcək. Müqayisəyə görə üzr istəyirəm, sənin xanımın, anam-bacım olsun, axşamdan on dəfə zəng edib səni çağırır ki, sənsiz yeməyəcək və yatmayacaq. Mənimki isə zəng etməlidir ki, aşnası gedib, mən öz evimə qayıda bilərəm. Yuxarıların hesabına qazandığım o pulları, sən demə, çoxdandır ki, arvadımın saxladığı kişi də yeyir. “Arvadımın saxladığı kişi”x9d ”“ deyə, təkrar vurğuladı. Acı-acı gülümsədi.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Hələ ki, ALLAH uduzur.
Mən eşitdiklərimə inanmaq istəmirdim. Bu qədər də olmaz. Qeyri-ixtiyari soruşdum:
Bəs uşaqlar, oğlun, qızın harada qalırlar gecənin bu vaxtı?
Tələsməyin. Dedim axı, mənə sakitcə qulaq asın. Sadəcə dinləyin. Sən dinlə məni. Sonra sual verərsən ”“ bir az ara verdi və davam etdi: ”” oğlum ərə gedib. Təəccüblənməyin, ərə gedib mənim oğlum, ailə qurub bir xarici vətəndaşla. 9-10-cu sinifdə oxuyanda məlumat aldım ki, narkotikə qurşanıb. Ona 150 min manatlıq maşın almışdım, özünün villası, bağ evi, həm də gündəlik xərci. Aylıq 20-30 min xərcləyirdi. Buradakı dost-tanışından ayırmaq üçün düz-qoş edib Avropa ölkələrindən birinə göndərdim. Orada da ev aldım ona. 3-4 ildən sonra, xa0qulaqları sırqalı bir şəklini də internetə yerləşdirib, məni toyuna dəvət etdi. Heç kim eşitməsin, bilməsin deyə, açıb-ağartmadım, gizlətdim. Küçəyə çıxanda elə bilirdim hamı xa0ürəyində tənə vurur, lağa qoyur məni. Sahibsiz küçə itləri kimi ürkə-ürkə yeriyirdim məhkəmə koridorlarında. “Yerin də qulağı var”x9d xa0deyirlər. Bəzi adamlar haradansa öyrənmişdilər. Öncə qohumlarım, sonra dostlarım məndən qaçdı. Dünənə qədər, ən azı puluma görə, süfrəmin qırağında yalmananlar, sanki utanırmışlar kimi, onlara da ləkə olar deyə, məndən gen gəzməyə başladılar. Əsl faciələr dalda imiş. Elə şeylər baş verdi ki, oğlumun bu oğraşlığı onların yanında toya getməli oldu. Müxalifət fəallaşdıqca, siyasi vəziyyət gərginləşdikcə, gənclər hərəkatı, bu “Nida”x9ddı nədi, qızışdıqca, hüquq müdafiəçiləri siyasi məhbus siyahılarını Avropaya ötürdükcə sifarişli hökmlərin, qərarların da sayı çoxaldı. Ona uyğun da aldığım rüşvətin məbləği artdı. Elə açıq qanunsuz qərarlar verdirirdilər ki, istər-istəməz adam qorxur, həyəcan keçirir, gələcəyindən narahat olursan. Bu narahatlıq mənim kişiliyimə də pis təsir etdi, üzr istəyirəm səndən. xa0 xa0 Əsəblərim pozuldu. Tək mənim yox, hakimlərin 70-90 faizi ürək, əsəb xəstəsidir. Biz, üzərində eksperiment aparmaq məqsədi ilə bir qəfəsə doldurulmuş siçovullar kimiyik. Hərə öz növbəsini gözləyir. Həm də, tək hakimlər yox, rəislər, prokurorlar, nazirlər, gömrük, vergi məmurları, seçkini saxtalaşdıran müəllimlər, həkimlər, iş yerindən taxta parçası, sement, daş oğurlayan hər bir fəhlə bu vəziyyətdədir. Nə isə”¦ Sən də yaxşı tanıyırsan, Qurban Məmmədovun CM-nin 263.1 xa0və 299.1-ci maddəsi ilə həbsinə xa0sifariş gələndə hakimlərin bəzisi işi götürməkdən imtina etdilər. Hərəsi bir bəhanə tapdı. Yenə də qoyun məni bildilər. Təsəvvür edirsən, şahidlər hamısı “büdcədən”x9d, dustaqlar “poykovoy”x9d deyirlər, iş başdan ayağa saxta. Bunları görmək, bilmək üçün heç hakim olmağa da ehtiyac yoxdur. Hadisə saat 12:40-da olub, şahid deyir ki, hadisə yerinə saat 15:00-da gəlib və hadisəni görüb. İnanırsan ki, əsəbimdən bağrım çatlayır. Az qalıram şahidin anasını-bacısını, var-yoxunu söyəm ki, ay şərəfsiz, sən məhkəməni barmağına dolamısan, ya məni eşşək yerinə qoymusan? Ancaq deyə bilmirəm. Çünki xa0o bilir ki, əslində mən hakim özümü xa0eşşək, qanmaz yerinə qoymuşam və bu yalan ifadəyə görə o, heç vaxt xa0cəzalandırılmayacaq. “Yuxarı”x9dnın, yalan olmasın, bəlkə də, yüz minlik “Yalançı şahidlər Ordusu”x9d xa0Sən də millətdən dəm vurursan. Bu ordunun dövlətə vurduğu ziyan Ermənistan ordusunun son 20 ildə vurduğu zərərdən daha çox və qorxuludur. Adam hər gün, ən azı həftədə 2 dəfə müxtəlif işlərdə hal şahidi, şahid kimi iştirak edir. Bunların arasında kimlər yoxdur: “stoyanşiklər”x9d, gecə gözətçiləri, narkamanlar, fahişələr, “bomjlar”x9d, vağzal-liman sakinləri, “ ziyalılar”x9d, əlillər, bir sözlə, hər zümrədən, hər təbəqədən var. Lazım gələndə polis, müstəntiq, hətta xa0alimlər belə, yalançı şahid kimi ifadə verirlər. Həm də at kimi dirənirlər. Hərdən onları bəhanə edərək, “mən nə edə bilərəm, şahidlər var”x9d deyə, özümüzə haqq qazanırmaq istəsək də, onların yalançı şahid olmalarını ifşa etmək də bizim vəzifəmizdir və bu, çox asandır. Çünki, son 10-15 ildə müstəntiqlər də, cəzasız qalacaqlarına o qədər əmindirlər ki, heç bir zəhmət çəkmədən, özlərinə əziyyət vermədən, əllərinə, ağızlarına, ağıllarına və xəyallarına nə gəldi işin içinə doldurub məhkəməyə ötürürlər. Bilirlər ki, xa0artıq ölkədə məhkəmə yox, bu ad altında, “ittihamnaməni hökmə çevirən notariuslar”x9d fəaliyyət göstərir. Heç işdəki ziddiyyətləri, şahidlərin ifadələrindəki, hadisəyə tam zidd olan ekspertiza rəylərindəki ağlasığmaz uyğunsuzluqları da aradan qaldırmaq istəmirlər. Bir dəfə bir müstəntiqdən səbəbini soruşanda, belə izah etdi: “sifariş icra etməkdən, kimlərə görəsə öz gələcəyimizi təhlükəyə atmaqdan, kimlərinsə fahişələrinin qudurğan həyatına vasitəçi olmaqdan bezmişik. Bu da bizim üsyanımız, etirazımızdır. Qoy gələcək nəsillər bilsin ki, bizim apardığımız işlər qanunsuz olub, heç olmasa, gələcəkdə bu adamlara kömək olar. Biz də vicdanımızı belə rahatladırıq”x9d. O, tam haqlı idi. Sifarişli işlərin xa0normal məhkəmə proseslərindən keçmək ehtimalı sıfırdır. Bicliklərinə bax. Demək, bütün məsuliyyət yenə də, məhkəmənin, hakimin üstündə qalır. Bizə də təminat verilib deyə, biz də xa0açıq şəkildə qanunsuz olan işləri bir ucdan, konveyr kimi təsdiqləyib ötürürük məhkəməyə.. İstər Qurban Məmmədovun, istər Tofiq Yaqublu və İlqar Məmmədovun, ”“ duruxdu, xa0fasilə verdi və daxilində nəsə öz-özünə danışandan sonra davam etdi ”“ ay qardaş, İsmayıllı hadisələri bitəndən sonra rayona gələn bu adamlar xa0necə təşkilatçı və ya təhrikçi ola bilərlər? Belə çıxır ki, o “qudurğan nazir qohumları”x9dnı da Tofiqlə İlqar öyrədiblərmiş ki, camaatın var-yoxunu söysün, taksi sürücüsünü döysün? Bunu başa düşməmək üçün eşşək olmalısan. Mən, o işdə hökmü çıxardanda da, apellyasiya və kassasiya şikayətini rədd edəndə də, özümü eşşəkliyə, qanmazlığa qoydum. Elə, Qurban Məmmədovun işində də. Taleh Bağırzadəni görmüsənmi, tanıyırsanmı? ”“ sanki öz-özünə danışır, monoloq söyləyirdi, ”“ tək ona görə məni çarmıxa çəkib parçalamaq lazımdır. Əvəz Zeynallı, Sərdar Əlibəyli, Abgül Süleymanov, xa0cəbhəçilər, “çilər”x9d, “çilər”x9d”¦ . “Nida”x9dçılarda isə ”¦ ”“ duruxdu yenə, nəsə başı ilə nizamsız hərəkətlər etdi, ”“ “Nida”x9dçılar mənim axırıma çıxdılar. İntiqam Əliyevi yaxşı tanıyırsan. Kim tanımır ki onu? Bütün Avropada məşhurdur. Bir put çörək kəsmişəm onunla. Azərbaycanın hüquq elmi və məhkəmə təcrübəsi üçün onun etdiklərinin əvəzi yoxdur. Hələ Leyla Yunusu, Xədicə İsmayılovanı demirəm. Bütün bu işlər üzrə qəbul etdiyim qərarlar, hökmlər də, apellyasiya və kassasiya instansiyalarında qəbul etdiyim qərarlar da tam qanunsuzdur və o işlərdə qanun bir alay əsgər tərəfindən zorlanmış qadın kimidir. Görünür”¦ ”” yenə də gözləri dirəndi, susdu, xəyala daldı. Mənsə qımıldanmırdım. Onu diksindirməkdən, fikirlərini dağıtmaqdan qorxurdum. ”” Sifariş, ardınca rüşvət, rüşvət, ardınca dərinləşən bataqlıq və yenə də sifarişlər, yenə rüşvət”¦ xa0İslamçıların həbs edilməsi, həm də narkotiklə şərlənərək, müxtəlif bəhanələrlə cəmiyyətdən təcrid olunmaları bir tərəfdən ölkədəki mənəvi boşluğun dərinləşməsi və bu boşluğun çirkabla doldurulmasına yol açırsa, digər tərəfdən İslamın gözdən salınmasına, xa0ALLAHa olan inamın sarsılmasına yol açır. xa0Baş verənlər, əslində, ALLAHa müharibə elan etmək deməkdir. Hələ ki ALLAH uduzur. Bir gün, gecəyarısı, yataq otağmızda məndən kənardakı çarpayıda tək yatan həyat yoldaşımın qəribə səslər çıxardığını eşitdim. Otaq qaranlıq olduğu üçün heç nə görə bilmirdim. Beynimə ox kimi təsir edən bu inilti, ah-uflar, işvəli-şəhvani təngənəfəslik xa0məni yerimdən dik atılmağa məcbur etdi. Bu nədir, arvadımın yanında kişimi var? xa0Kimdir bu belə özünə arxayın dəyyus? Ya arvadım? O necə bu hərəkətə yol verə bilərdi? İniltisi, şəhvət dolu pıçıltıları və təhgənəfəsliyi getdikcə artır, bütün villaya yayılırdı. Qızımın eşitməsindən çox xa0narahat oldum. Mənə elə gəldi ki, onun iniltiləri villadan kənarda da eşidilir. Dərhal işığı yandırdım. Gözlərim qarşısındakı mənzərə məni dəhşətə gətirdi. O, lüt idi. Üstündən yorğanını atmışdı, bədəninin müxtəlif yerlərindən qan sızırdı. Dırnaqları ilə özünü didir, qanadırdı. Hərdən də, kimlərdənsə müdafiə olunurmuş kimi, nizamsız əl-qol atır, yerində o yan-bu yana hellənirdi. Cırıq-cırıq olmuş alt paltarları isə döşəməyə səpələnmişdi. O yuxuda idi. Otaqda yad adam yox idi. Mən donub qalmışdım. Onun bu hala düşməsinin səbəbləri barədə ağlabatan bir cavab tapa bilmədim. Yenidən inilti və çığlıqlar artmağa, “yox-yox”x9d, “istəmirəm”x9d, “kömək edin, köməəək”x9d səsləri ucalmağa başladı. Sürüşüb xa0yatağından döşəməyə düşdü və otaq boyu o tərəf-bu tərəfə hellənməyə, qəribə hərəkətlər etməyə başladı. Onu qucağıma alıb yerinə gətirdim. Bir daha düşməsin deyə, bərk-bərk qucaqladım və ucadan çağıraraq, yanaqlarına xa0vuraraq ayıltmağa çalışdım. Bədəni bütün qan-tər içində idi. Birdən ayıldı. Əvvəl, nə olduğunu başa düşmədi. Bəbəkləri az qala yerindən çıxacaqdı. Baxışları elə qorxulu, vahiməli idi ki, canımdan bir xa0gizilti keçdi. Mənə baxıb-baxıb, birdən hönkürtü ilə ağlamağa başladı. “Sakitləş, hər şey qaydasındadır, nə olub sənə, nəsə pis yuxu görürdün?”x9d ”” deyə, soruşdum. Son 5-6 il olardı ki, bədənimiz bir-birinə dəymirdi. Ayrı yatırdıq. Mənə sığındı, bərk-bərk qucaqladı, hıçqırır, içini çəkir, göz yaşları və bədəninin müxtəlif yerlərindən axan qanı üstümə süzülürdü. Qəribə hisslər keçirirdim. xa0Axır vaxtlar başım sifarişli, rüşvətli, tapşırıqlı hökm və qətnamələri yazmağa elə qarışmışdı ki, ruhən, psixoloji olaraq üzülür, bəzi işlərə görə keçirdiyim qorxu və stressdən evə üzgün, yorğun halda gəlirdim. Onun qadın kimi təbii tələbatlarını, ruhi ehtiyaclarını ödəyə bilmirdim. Bunun da fərqində idim. Evə çox vaxt qəsdlə gec gəlirdim ki, o yatmış olsun. Kişilik qürurumun zədələnməsinə səbəb olmasın. Bağışla ki, belə açıq danışıram səninlə. Danışmasam, xa0daha pis olar mənə. Dərdimin, faciəmin səbəblərini bilməyini istəyirəm, çünki tək mən deyiləm bu halda olan. ”” dedi, xa0fikrə getdi və asta-asta davam etdi: ”“ Həyat yoldaşım sağlam bədənli, həyat, nəşə dolu bir qadındır. Gözəl qadındır. Həqiqətən gözəldir, hərtərəfli gözəldir. Bəzən, qadınların belə, həsədlə onun arxasınca baxdıqlarının şahidi olmuşam. Əslində, bizim indiki duruma düşməyimizdə mən özüm günahkaram. Ancaq, ”¦ ancaq tutaq ki, mən pisəm, bəs o özü? Namus məgər kişi üçün xa0qorunmalıdır ki? xa0Kasıb vaxtlarımızda, daha doğrusu, evimin qapısından rüşvət, haram tikə girənədək başqa cür idi. Sonra ilk rüşvət, ilk 5 kiloluq mal əti, 3 kiloluq quzu əti, yeşiklər, xa0 xa0karobkalarla alınan meyvələr, ləziz yeməklər, bahalı hədiyyələr, restoranlar, sanatoriya və kurortlar. İkinci rüşvətdə yaxşı qazanmışdım. Pulu arvadıma verəndə, o nazlana-nazlana: “Ürəyim, çoxdandır mənə nə qızıl, nə də ”¦ bir şey alırsan”x9d ”“ dedi. “Brliant”x9d demək istəyirdi, demədi. Haqlı idi. Halal əmək haqqımla xa0çoxdandır xa0ona bahalı bir şey almamışdım. O başlanan başladıq. Hər dəfə evə pul gətirəndə özünə nəsə bəzək əşyası alırdı. Bahalı-bahalı. “Dar günümüzdə lazım olar”x9d deyirdi. Hakim arvadı olan rəfiqələri ilə görüşəndə daha əvvəlki kimi sıxılmır, alnı açıq gəzirdi. Həəə, alnı açıq. Qadınların bər-bəzəyə olan meylləri, onların ən zəif yerləridir.
O bu barədə danışdıqca, istər-istəməz keçmişi xatırlamalı oldum. Mənim həyat yoldaşım öz nişan üzüyünü 1989-cu ildə “meydan hərəkatı”x9dna yardım üçün göndərib, hələ də ona yenisini ala bilməmişəm. Heç yada salıb istəmir də. Qeyri-ixtiyari ürəyim sıxıldı.
O isə davam edirdi:
- Arvadım tələb etdikcə, mən aldım, aldıqca da, daha çox rüşvətə ehtiyac yaranırdı. Bir azdan da, hər gün evdən çıxanda o günlük qazancım haqqında düşünürdüm. Axşam işdən evə qayıdanda da, indi yad kişinin qoynunda qıvrıla-qıvrıla yatan xanımıma hesabat verirdim. Xanımıma, bəli, ona. Bir gün təcrübəli hakim dostlarımdan biri çox ağıllı məsləhət verdi mənə: “Qazancının hamısını arvada bildirmə, pulunun da hamısını bir evdə toplama, kənarda bir qadın saxla. Belə qadınlar daha sədaqətli, səni hər an itirmək qorxusundan, it kimi sənə bağlı olurlar”x9d. Tezliklə belə bir qadın da tapdım. Dörd mərtəbəli bir villa, 160 min manata xarici maşın və gözəl bir bağ evi aldım ona. Ərindən boşanmışdı. Cəmi 6 ay ərdə olmuşdu. Uşağı da yox idi. Ancaq çoxlu rəfiqələri var idi. Tez-tez onları qonaq çağırırdı. Özümü onların əhatəsində rahat hiss edirdim. Allah müxalifəti var eləsin. Onlar fəallaşdıqca, tapşırıqlar və ona uyğun da rüşvətin məbləği artırdı. Ona görə də, arvadım kənara gedən pulları hiss etmirdi. Bir gün başa düşdüm ki, arvadım kənardakı həyatımdan xəbər tutub. Kimsə satmışdı məni. O isə, qətiyyən üstünü vurmurdu. Bir gün dedi ki, rəfiqəsi ilə kurorta getmək istəyir. Mənim də ürəyimdən oldu. Rahatca kef çəkə bilərdim. 50-60 min dollar götürüb getdi. Evdən çıxanda, düzü, rəfiqəsinin kim olduğunu da soruşmadım. İspaniyaya getməyi planlaşdırmışdılar. 15 gündən sonra 50 min dollar da göndərməyimi istədi. Mən də göndərdim. O gələnə qədər bağda o ki var, o biri qadınla dincəldim. Dincəldim deyəndə ki, saat 23-24-dək qətnamə, hökm, qərardad xa0yazmaqla keçirirdim. Ondan sonra da, 1-2 saat istirahətə vaxt ayırırdım. Əslində, yenə də üzülürdüm. Sadəcə olaraq, dəyişiklik mənə az da olsa kömək edirdi. Arvadım bir aydan sonra xa0gəldi. Hər ikimiz nə isə baş verdiyini, münasibətlərimizdə çox ciddi dəyişikliklərin olduğunu hiss edirdik. Ancaq özümüzü “müasir”x9d, “mədəni”x9d xa0insanlar kimi aparırdıq. Ona pul və mənsizlik, mənə isə onsuzluq və dəyişkənlik lazım idi. xa0O gecə gördüyü yuxu barədə danışdıqları indi də qulağımda səslənir: “qızımla göy bir çəməndə, meşənin qırağında gəzirdik. Birdən, meşədən bir sürü adam çıxıb bizə hücum etdilər. Kişili-qadınlı bizi yaxalamaq üçün dalımıza düşdülər, biz qaçır, onlar qovurdular. Gördüm çatırlar, qızıma dedim meşəyə qaçsın. 3-4 qadınla 5-6 xa0kişi onun dalınca cumdular, qalanları yenə məni təqib etdilər. Yaxalayan kimi, yerə yıxıb, üst-başımı cırıq-cırıq etdilər. Əvvəl qadınlar başladı. Biri üzüyümü, biri boyunbağımı, o biri qolbağımı xa0dartıb çıxardır, qulaqlarımı cıraraq, xa0sırğalarımı pay-püş edirdilər. Cəmilə adlı birisi dedi ki, ərin mənim evimi qanunsuz olaraq başqasına verib, mən uşağım öləndə yas mərasimi keçirtmək üçün yer tapa bilməmişəm. Tamella adlı bir yaşlı, nurani qadın dedi ki, ərin biz dörd bacının Gəncədəki ata yurdunu alıb hansısa deputatın xalası oğluna verib. Bir ayağı şikəst olan qadın isə bağırdı ki, ərin mənim qanuni evimi qonşuya verməmək üçün məndən səkkiz min manat alıb, ver mənim pulumu, uşaqlarım acından ölür. Mən yerdə, torpağın üstündə, tikanlar içində eşələnir, özümü onlardan qorumağa çalışırdım. Qadınlar hərəsi bir şey götürüb mənə tüpürə-tüpürə geri çəkildilər. Sonra kişilər yaxınlaşdı. Enli bığları olan, bütün bədəni tüklə örtülü, ayıya oxşayan biri mənə yaxınlaşaraq, iri, mazutlu, çirkli əlləri ilə bir anda dartıb bütün xa0paltarlarımı cırıq-cırıq edib kənara atdı. Lüt qaldım. “Bu gözəl bədəni sənin ərin mənim pulumla aldığı firmenni gecə köynəkləri ilə qoruyub mənə saxlayıb.”x9d ”“ deyə, məni zorladı. Başqa kişilər də, hərəsi bir tərəfdən üstümə düşdü. Hamısı da deyirdi ki, “ərin səni də, qızını da bizim pulumuzla saxlayıb, siz həm də bizimsiniz, ərinlə şərikik”x9d. Kişilər geri çəkiləndə 4-5 yaşlı bir körpə uşaq yaxınlaşdı. Məni xa0süzdü, süzdü və dedi: “sənin ərin, mən hələ doğulmamışdan, atamı yalançı şahidlərin ifadəsi ilə türməyə göndərib. Atam orda ölüb, anam isə məni saxlaya bilmədiyi üçün məni yetimxanaya verib. Mən indi atasız və anasızam”x9d. Bu sözləri deyəndən sonra, uşaq mənim üst-başıma işədi, məni mundarladı. Sonra baş verənləri isə danışmağa qorxuram”x9d. Bu qorxunc yuxusunu danışdıqdan sonra yoldaşımdan çıxan hıçqırıqlar hələ də qulaqlarımda səslənir. Arvadım yuxusunu danışıb qurtarandan sonra, qeyri-ixtiyari olaraq, ona verdiyim sual ikimizi də təəccübləndirmişdi: “Bəs qızımıza nə etdilər, ona nə oldu?”x9d. xa0Hə, yoldaşım bir də dedi ki, bir qoca kişi də olub adamların içində. O da əlindəki əsanı onun alnına taqqıldada-taqqıldada deyib ki, guya onun nəvəsini mən qanunsuz həbs etdiyim üçün, ürəyi partlayıb ölüb. O dünyada gözləyir ki, mən ora gedən kimi, mənim ürəyimi öz uşaqlarıma xa0yedirtsin. Arvadımın dediyinə görə, şikayətçi, iddiaçı, gileyli o qədər adam olub ki, hamısını yadda saxlaya bilməyib. Nə isə”¦ Bir dəfə evə gələndə gec idi. Saat 23:30-da sonuncu hökmü yazıb qurtarmışdım. Evə çatanda bildim ki, qapının açarını özümlə götürməmişəm. Arvad-uşağı narahat etməmək üçün “saxlama”x9dmın xa0yanına getmək qərarına gəldim. O, bağda tək qalırdı. Bağda gözətçi də var idi deyə arxayın idim. Qorxmurdu. Saat 01:30-da bağa çatdım. Darvaza açıq idi. Fikirləşdim ki, yəqin gözətçi yaxındakı dükana gedib. Həyətə girdim. Bağın aşağı tərəfindəki sauna kompleksinin işıqları yanırdı. Fikirləşdim ki, yəqin yadlarından çıxıb söndürməyiblər. Dedim əvvəl oranı söndürüm, sonra evə qalxaram. Yaxınlaşanda isə gördüklərim məni sarsıtdı. Mənim pulumla yeyib qızışan bu qancıq gözətçi ilə saunada kef çəkirdi. Əvvəl istədim içəri girib hər ikisini də baltalayım. Qəzəbdən boğulurdum. Elə qızışmışdılar ki, darvaza yadlarından çıxmışdı. Saunanın da qapısını açıq qoymuşdular. Bir az durub dinlədim. Arabir mənim arxamca söyüş də söyürdülər. Qızım gözlərim qarşısına gəldi. Sanki birdən ayıldım. Bu qadın mənim nəyim idi ki, sadəcə, bir fahişə, başqa heç kim. Bir fahişəyə görə həyatımı məhv etməyə dəyərdimi? Gül kimi işim, qazancım, firavan həyatım. O qədər qadın var ki bu dünyada. Olmasın bu, olmasın o birisi. Ona aldığım villa, maşın, bağ evi, qızıl-brliantlar məni ağrıtsa da, bu hiss də tez keçdi. Dədəmin pulu ilə almamışdım ki. Astaca geri qayıtdım. O gecəni maşınımda keçirtdim. Düzdür, sonra yenə də onu saxladım. Fikirləşdim, xa0başqa birisinə o qədər xərc çəkməkdəndirsə, bu var daa. Nə fərqi var. Təzə tapacağım bundan yaxşı olmayacaq ki. Hamısı eyni şeydir. Ürəyimdə ona bəzən haqq da qazandırırdım. Cavan qadın idi. Mənsə, qətnamə, hökm, rüşvət və hər an məni təqib edən qorxu stresindən onu ürəyi istəyən kimi bir kişi olaraq təmin edə bilmirdim.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ALLAH türklərin evini yıxsın...
xa0Ardı var...








































































































