Bill Qeytsdən XƏBƏRDARLIQ: 2027-ci ildən başlayaraq...

Bill Qeytsdən XƏBƏRDARLIQ: 2027-ci ildən başlayaraq...

Hazırda oxunan: Bill Qeytsdən XƏBƏRDARLIQ: 2027-ci ildən başlayaraq...

641702

“Microsoft”un təsisçisi Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafı nəticəsində 2027-ci ildə kiberməkanda çoxsaylı təhlükələrin yaranacağını proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, Qeyts CNN-ə müsahibəsində süni intellektdən istifadə etməklə həyata keçirilən kiberhücumların gələn il ən ciddi dəyişikliklərə səbəb olacağı sahələrdən biri olacağını bildirib.

Onun sözlərinə görə, süni intellektdən sui-istifadə edən şəxslər maliyyə bazarlarına təsir göstərmək üçün yeni imkanlar əldə edə bilərlər.

Qeyts hesab edir ki, süni intellektin nəzarətdən çıxması hələ bəşəriyyətin ən aktual problemi deyil. Onun dünyaya genişmiqyaslı təsir göstərməsi üçün texnologiyanın inkişafına bir neçə il də lazım olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO