Ağdaşda 17 yaşlı qıza toy edəcəkdilər - İşə polis qarışdı

Ağdaşda 17 yaşlı qıza toy edəcəkdilər - İşə polis qarışdı

Hazırda oxunan: Ağdaşda 17 yaşlı qıza toy edəcəkdilər - İşə polis qarışdı

629882

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Bizim.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra edilib.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO