Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Hazırda oxunan: Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

625439

Xocalıda yaşayış evinin həyətinə ayı girib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Badara kəndində baş verib.

Belə ki, vəhşi ayı kənd sakini Piriyev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub.

Maraqlısı budur ki, ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb.

Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür. Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.

Sözügedən görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO