Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib -xa0FOTO

Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib -xa0FOTO

Hazırda oxunan: Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib -xa0FOTO

624856

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların pensiya və müavinət, digər sosial təminat növlərinə hüququn müəyyən olunması, mənzil və avtomobillə təminat, əlillik və reabilitasiya, aktiv məşğulluq proqramlarına cəlb olunma məsələlərinə dair müraciətləri dinlənilib. Müraciət edənlər arasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.

 

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilməklə, vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

 

Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edib - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO