BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar - FOTO

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar - FOTO

Hazırda oxunan: BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar - FOTO

624650
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri və əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya ediblər.
 
Bu barədə Moderator.az-a BDU-dan bildirilib.
 
Ekskursiya zamanı tələbələrə IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması və fəaliyyət missiyası haqqında məlumat verilib. Qeyd olunub ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, həmin il noyabrın 10-da isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı baş tutub. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb.
 
Tələbələrə Mərkəzdəki müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq, karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan barədə məlumat verilib.    
 
Sonda Mərkəz əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO