Hesablama Palatasının verdiyi 205 təklif təsdiq edilib

Hesablama Palatasının verdiyi 205 təklif təsdiq edilib

Hazırda oxunan: Hesablama Palatasının verdiyi 205 təklif təsdiq edilib

624189
2022-ci ildə Hesablama Palatasının auditlərlə müəyyən etdiyi pozuntuların aradan qaldırılması, eyni zamanda müxtəlif istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə dövlət qurumlarına verdiyi ümumilikdə 205 (maliyyə və prosedur xarakterli olmaqla) təklif təsdiq edilib.
 
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
 
Sənədə əsasən, həmin təkliflərin 123-ü tam, 40-ı qismən icra edilib, 42-si isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən və icrası davam edən təkliflər olub.
 
Hesabat dövründə Palatanın təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi bu il yanvarın 1-dən dayandırılıb. Hesablama Palatasının həyata keçirdiyi bəzi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli, məqsədyönlü istifadə ilə bağlı Nazirlər Kabinetinə tövsiyələr təqdim edilib və ilk dəfə Azərbaycan hökuməti 2022-ci ilin fəaliyyəti haqqında hesabata Palatanın tövsiyələrinin nəzərə alınması barədə məlumat daxil edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO