Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Hazırda oxunan: Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

643000

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 17 milyard 994 milyon 105,3 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 448 milyon 683,6 min ABŞ dolları təşkil edib.
 

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, dəyəri isə 3,7 % azdır.


Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 27,02 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO