“Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, ancaq müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı”.
Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə XII Bakı Beynəlxalq Kitab Sərgisinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb:
"Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır. Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik".
Şöbə müdiri həmçinin Kitab mükafatının gələn il üçün elan olunacağını da bildirib:
"Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallaığını göstərir". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
11:46 / 19.10.2026
Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
Hazırda oxunan: Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
Hazırda oxunan: Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq
643026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































