"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Hazırda oxunan: "ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

643021

Ukrayna hərbi-siyasi dairələrində Vaşinqtonun mövqeyi ilə bağlı kəskin reaksiyalar artmaqdadır. Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun keçmiş rota komandiri Yevgeni Dikiy bildirib ki, Ukrayna ABŞ-ın hazırkı administrasiyasının artıq Rusiyanın birbaşa müttəfiqinə çevrildiyi reallığı ilə barışmalıdır.

Bizim.Media xəbər verir ki, Radio NV-nin efirində çıxış edən ekspert Donald Trampın son bəyanatlarını tənqid edərək Ağ Evin fəaliyyətini "Dostum Vladimiri xilas etmə əməliyyatı" adlandırıb:
 

"Putin neçə vaxtdır nə deyirdisə, Tramp bu gecə onları olduğu kimi təkrarladı. O, iki il əvvəl saziş bağlamalı olduğumuzu bildirdi. Söhbət iki il əvvəl Vladimir Vladimiroviçdən bizə ötürülən 28 bəndlik təslimolma və Rusiyaya tam tabe olma planınından gedir", — deyə Dikiy qeyd edib.


Yevgeni Dikiy vurğulayıb ki, Tramp özünü demokratik cəbhənin lideri kimi deyil, avtoritar rəhbərlərlə bir cərgədə görür:

"Tramp Putin və Si Szinpinlə qol-qola kameralar qarşısında durmaq, diqqət mərkəzində olmaq istəyir. O, özünü demokratiyanın yanında deyil, bu üçlüyün bir hissəsi kimi görür. Biz bu reallığı qəbul etməli, bu şərtlər altında yaşamağa, döyüşməyə və qalib gəlməyə davam etməliyik. Çünki Birləşmiş Ştatlar tamamilə Rusiyanın tərəfinə keçib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO