Övladlar arasında seçim etməyin AQİBƏTİ - Əmlak bağışlama ailəyə necə nifaq salır?

Övladlar arasında seçim etməyin AQİBƏTİ - Əmlak bağışlama ailəyə necə nifaq salır?

Hazırda oxunan: Övladlar arasında seçim etməyin AQİBƏTİ - Əmlak bağışlama ailəyə necə nifaq salır?

618202

Valideynin öz əmlakı üzərində sərbəst qərar vermək haqqı və rəsmi hüququ var. Yəni ixtiyarında olan mal-mülkü sağlığında istənilən şəxsə bağışlaya bilər. Bu ailə üzvləri, övladları da ola bilər, tamamilə yad adam da. Lakin ailə münasibətləri yalnız hüquqi normalarla deyil, həm də ədalət, bərabərlik prinsipləri ilə ölçülür. Bir övlada əmlak bağışlanıb digər övladların kənarda saxlanılması hüquqi baxımdan mümkün olsa da, bu qərar sosial və etik cəhətdən xoş qarşılanmır.

Sosioloqlar bildirirlər ki, bu cür seçim ailədə inciklik, nifaq yaradır, eyni zamanda övladın valideyndən inciməsinə də səbəb olur. Zamanla ən ciddi qarşıdurmalara, qardaş-bacı münasibətlərinin pozulmasına gətirib çıxarır.

Bəs hüquqi cəhətdən yanaşanda bağışlama (hədiyyə etmə) yoxsa mirasqoyma – hansı daha etibarlıdır?

Qanunvericilik baxımından bağışlama və miras fərqlidir və ayrı hüquqi nəticələri var. Hər iki məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənsə də, bağışlama şəxsin sağlığında öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququndan irəli gəlir, miras isə şəxsin vəfatından sonra qalan əmlakın varislər arasında bölüşdürülməsi qaydalarını müəyyən edir.
 

Məhz buna görə də valideynin bir övladına əmlakı bağışlaması hüquqi baxımdan mümkün sayılsa da, bu hal ailədaxili bərabərlik və sosial ədalət baxımından müzakirə mövzusu olaraq qalır. Qanun mülkiyyətçinin iradəsini qoruyur, lakin ailə münasibətlərində ədalət anlayışına cavabdeh deyil.


Etibarlılıq məssələsinə gəlincə isə hüquqşünaslar bildirilər ki, düzgün, notarial qaydada və dövlət qeydiyyatı ilə rəsmiləşdirilmiş bağışlama müqaviləsi sonradan miras bölgüsündən daha az mübahisə yarada bilər.

Bir şəxs bağışlanma yolu ilə müəyyən əmlak alıbsa, bu fakt onun digər əmlaka miras hüququnu avtomatik olaraq aradan qaldırmır. Əgər həmin şəxs qanuni və ya vəsiyyət üzrə varisdirsə, mərhumun ölümündən sonra qalan əmlakdan da miras payı ala bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO