Ötən il qeydə alınan qohum nikahlarının SAYI AÇIQLANDI

Ötən il qeydə alınan qohum nikahlarının SAYI AÇIQLANDI

Hazırda oxunan: Ötən il qeydə alınan qohum nikahlarının SAYI AÇIQLANDI

615485

"Biz qohumlar arasında nikahın qadağan edilməsi ilə bağlı qanuna müvafiq dəyişiklik etdik. Düşündük ki, bu qərar cəmiyyəti belə addımlardan çəkindirəcək və bu nikahlara son qoyacaq. Lakin statistikaya nəzər salsaq görərik ki, vəziyyət heç də yaxşı deyil. 2025-ci ildə bu rəqəm aşağı ensə də, hələ də 1412 qohum nikahı qeydə alınıb. Bu, çox ciddi məsələdir".

Bizim.Media xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Deputat qohum evliliklərinin ağır fəsadları ilə bağlı cəmiyyətdə daha geniş müzakirələrin və maarifləndirmə işlərinin aparılmasını təklif edib:
 

"Sual olunur: vətəndaşlar və yaxud nikaha razılıq verən valideynlər qanunvericilikdən xəbərsizdilər, yoxsa hələ də köhnə düşüncə tərzi ilə hərəkət edirlər? Onlar bunun fəsadlarını görüb fərqinə varmırlar? Baxmayaraq ki, bu barədə xeyli danışılıb, kifayət qədər maarifləndirmə işi aparılıb.


Amma indi statistikaya baxırıq; hüquq-mühafizə orqanları belə halların qarşısını almaq üçün addımlar atır, bəziləri inzibati, bəziləri isə cinayət məsuliyyətinə cəlb edilib. Bu məsələdə vətəndaş cəmiyyəti olaraq hamımız fəal olmalıyıq".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO