Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Hazırda oxunan: Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

609165

Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bu barədə yırtıcı heyvanın hücumuna məruz qalan Ucarın Rəstəcə kənd sakini Fatma Həsənova danışıb.

F.Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib.

G.Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.

Daha sonra evinə qayıdan F.Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb.

Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə biliblər.

Ağır xəsarət alan M.Həsənov və F.Həsənova dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO