Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Hazırda oxunan: Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı
608697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bu barədə AYNA-dan Bizim.Media-ya məlumat verilib. Belə ki, agentlik tərəfindən daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.
 

Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır ki, bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır.


Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, "Nizami", “28 May”, "Gənclik", “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu", “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO