Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları birinci sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel, saat 18:00-da yekunlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər.
Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00-dək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.
Qeyd edək ki, bugünədək Bakı şəhəri üzrə ümumilikdə 230, Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.
Bizim.Media

































































































