Dövlət Turizm Agentliyi tərəfindən ölkədəki dörd üçulduzlu hotelin ulduz kateqoriyasını ləğv olunub. Hazırda Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı 279-dur.
Maraqlıdır ki, ulduz kateqoriyası hansı göstəricilərə əsasən verilir və alınır?
Dövlət Turizm Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mehmanxanaların ulduz kateqoriyalarının verilməsi 2019-cu ildən etibarən akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanı (MUKSO) tərəfindən həyata keçirilir:
“Qiymətləndirmə prosesi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş və Hotelstars Union beynəlxalq sistemi ilə uyğunlaşdırılmış meyarlar əsasında aparılır.
Sertifikatlaşdırma yalnız ilkin mərhələ ilə məhdudlaşmır. Mehmanxanaların müvafiq ulduz kateqoriyasına uyğunluğuna planlı və plandankənar inspeksiyalar vasitəsilə mütəmadi nəzarət edilir. Aşkar edilən uyğunsuzluqlardan asılı olaraq, düzəliş üçün müddət verilə, zərurət yarandıqda isə ulduz kateqoriyası dəyişdirilə və ya ləğv edilə bilər.
Müqavilədən irəli gələn öhdəliklərin sifarişçi tərəfindən vaxtında və düzgün şəkildə yerinə yetirilməməsi ulduz kateqoriyası sertifikatının ləğv edilməsi ilə nəticələnir.
Yerinə yetirilməməsi halında müvafiq ulduz kateqoriyası sertifikatının ləğv edilməsinə səbəb ola biləcək öhdəliklər aşağıdakılardır:
1. İldə bir dəfə həyata keçirilən planlı inspeksiya nəticəsində uyğunsuzluq aşkarlandıqda
2. Hotelin fəaliyyəti ilə bağlı şikayət daxil olduqda və bu şikayət əsasında plandankənar inspeksiya zamanı aradan qaldırılmamış uyğunsuzluq və ya şikayətin doğru olduğu aşkarlandıqda
3. Sifarişçinin əldə etdiyi ulduz dərəcəsindən fərqli ulduz dərəcəsinə malik olduğunu bəyan edən yanıldıcı reklam xarakterli məlumatlar təqdim etməsi
4. Ulduz nişanından qanunsuz və ya yanlış formada istifadəsi
5. Sertifikatlaşdırma prosesi üçün müəyyən edilmiş xidmət haqqının vaxtında ödənilməməsi
6. Audit zamanı aşkar edilmiş və sifarişçiyə yazılı şəkildə təqdim edilmiş uyğunsuzluqların növbəti audit zamanı aradan qaldırılmaması
7. Sertifikatlaşdırma prosesinə təsir edəcək vacib dəyişikliklərlə (hüquqi ad, brend adı, VÖEN və s.) bağlı məlumatların sertifikatlaşdırma orqanına vaxtında təqdim edilməməsi
Sertifikat ləğv edildikdə isə sertifikata istinad edən reklamlardan istifadə edilməməli və müvafiq ulduz nişanı lövhəsi sertifikatlaşdırma orqanına geri qaytarılmalıdır”.
Məlumatda bildirilib ki, istehlakçı müraciətləri də nəzarət mexanizminin mühüm hissəsidir.
Əsaslandırılmış şikayətlər və ya onlayn platformalarda yayımlanan mənfi rəylər daxil olduqda, plandankənar yoxlamalar aparılır və nəticələrə uyğun müvafiq qərarlar qəbul edilir.
Qeyd edilib ki, hazırda ölkə ərazisində 5 ulduz dərəcəsinə malik hotellərin sayı isə 24-dür.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:40 / 14.04.2026
Hotellərin ulduz kateqoriyası bu hallarda LƏĞV EDİLƏCƏK – RƏSMİ
Hazırda oxunan: Hotellərin ulduz kateqoriyası bu hallarda LƏĞV EDİLƏCƏK – RƏSMİ
Hazırda oxunan: Hotellərin ulduz kateqoriyası bu hallarda LƏĞV EDİLƏCƏK – RƏSMİ
607039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































