Ülviyyə Axundova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülviyyə Axundova yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Ülviyyə Axundova yüksək vəzifəyə TƏYİN OLUNDU
600717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.
 

Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.


O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.
 

O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.


2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO