3700-dən çox şəxsin iş yerinə göndəriş verilib

3700-dən çox şəxsin iş yerinə göndəriş verilib

Hazırda oxunan: 3700-dən çox şəxsin iş yerinə göndəriş verilib

596701

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verilib.

Nazirlikdən bildirilib ki, həmin şəxslərin bir il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır.

Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.

Proqrama qoşulmaq istəyən işəgötürənlər Agentliyin rəsmi saytından müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO